Mediatv.az-a bu barədə Xətai Rayon Polis İdarəsindən məlumat veriblər.
Xəbərdə deyilir ki, dünən saat 21:30 radələrində Aşurova Xatirə Səlim qızı özünü Xətai rayonu, Mehmandarov küçəsi, 2 ünvanındakı 9 mərtəbəli binanın 4-cü mərtəbəsindən atıb.
1997-ci il təvəllüdlü X.Aşurova hazırda "Azərsutikinti" xəstəxanasındadır, vəziyyəti ağırdır.
İlkin məlumata görə, X.Aşurovanın intihar etməsinə səbəb sevgilisini qısqanması olub.
Fakt Xətai Rayon Prokurorluğunda araşdırılır.