Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (9-12-2015, 12:14)
Bakı avtovağzalının qarşısında çökmə dayanmayıb

87c43f959f87f3c6ae6ab0a4dd0f6b61

 

“Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında bərpa-gücləndirmə işlərinin aparılması səbəbindən monitorinq işləri müvəqqəti dayandırılıb”.

Mediatv.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib.
O bildirib ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında cüzi də olsa, çökmə prosesi gedir: “Avtovağzalın qarşısındakı asfaltın altında müəyyən boşluqlar yaranıb. Boşluqlar doldurulana qədər az da olsa, çökmə prosesi müşahidə olunacaq. Bu da təbiidir. Hazırda asfaltın altında yaranmış boşluqları doldurmaq üçün ora sement məhlulu vurulur. Bunun nəticəsində asfaltın altındakı tökmə torpaq sement məhlulunun içərisində həll olub bərkiyəcək və boşluqlar tutulacaq. Beləliklə də, çökmə prosesi tam dayanacaq”.
Baş geoloq əlavə edib ki, ərazidəki əsas istinad divarında hər hansı hərəkət qeydə alınmasa da, əsas yolla köməkçi yolun arasındakı divarda 2-3 mm-lik hərəkət qeydə alınıb.
Ə. Piriyev qeyd edib ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında bərpa-gücləndirmə işləri tamamlandıqdan sonra monitorinq bərpa ediləcək.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024