Mediatv.az-ın məlumatına görə, rayonun Şınıx kəndində kənd sakini, 1958-ci il təvəllüdlü Nəsibə Hüseynova yaşadığı evdə üzərinə neft tökərək özünü yandırıb. Qadın dərhal Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Ona bədənin 95 faizinin 2-3-cü dərəcəli yanıq diaqnozu qoyulub. N. Hüseynovanın vəziyyətinin ağır olduğu bildirilir.
İlkin məlumata görə, N. Hüseynova ailə münaqişəsi zəminində özünü yandırıb.
Faktla bağlı Gədəbəy Rayon Prokurorluğunda araşdırma aparılır.