Hadisə (30-11-2015, 11:20)
Türk nazirdən ruslara çağırış
“Rusiya vətəndaşlarına səslənmək istəyirəm. Türkiyə sizin evinizdir. Rahat şəkildə gələ bilərsiniz. Bizim ölkəmiz son dərəcə təhlükəsizdir”.
Mediatv.az türk mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Mədəniyyət və Turizm naziri Mahir Ünal bəyanatla çıxış edərkən deyib.
Nazir bildirib ki, turizm sektoru siyasətin xaricindədir. Çünki insanların səyahət azadlığı ən fundamental insan hüququdur.
Bölgədə baş verən proseslərin Türkiyəyə təsirinə toxunan nazir qeyd edib ki, Türkiyəni əhatə edən 6-7 ölkə idarəedilməz vəziyyətdədir.
Ünal onu da bildirib ki, Türkiyə regionda dinclik, sabitlik, təhlükəsizlik ölkəsidir.
“Millətimiz rahat olsun. Həm milli, həm də beynəlxalq səviyyədə problemləri həll edə biləcək güclü hökumətimiz var” - deyə nazir qeyd edib.