Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (16-11-2015, 23:02)
23 yaşlı gənc borca görə özünü asıb - Ekskluziv

Dünən axşam saatlarında Suraxanı Rayonunda yerləşən Əmircan qəsəbəsində intihar hadisəsi baş verib. Hüquq mühafizə orqanlarının yayığı məlumatda bildirilir ki, 23 yaşlı Sadiq Məmmədli özünü yaşadığı evin həyətində asaraq öldürüb. Məsələni araşdıran hafta.az-ın müxbiri hadisə yerinə baş çəkərək Sadiq Məmmədlinin intihar səbəblərini öyrənməyə çalışıb. Özünü təqdim etmək istəməyən mərhumun dostu və sinif yoldaşı Sadiq Məmmədlini uşaqlıqdan tanıdığını bildirdi:


“Sadiqi uşaqlıqdan tanımışam. Suraxanı Rayonu Əmircan qəsəbəsində yerləşən 226 nömrəli məktəbə bir sinifdə oxumuşuq. Təbiətcə çox sakit uşaq olub. Dərslərini də normal oxuyurdu. Məktəbdə oxuyan zaman telefonlara, müasir texnologiyaya marağı olub. Bir müddət keçdikdən sonra telofon və komputer ustası kimi ixtisaslaşıb bu sahə üzrə usta işləməyə başladı. Telefon və komputerdən çox gözəl başı çıxırdı, qəsəbə sakinləri və dostları hər zaman ona müraciət edirdilər. Biz onun intihar xəbərinə hələ də inana bilmirik. Belə bir fikirinin olduğunu, yaxud da ciddi problemi barədə bizə heç nə deməmişdi. Amma mənim bildiyim qədər onun borcları olub, lakin bu haqda bir şey danışmırdı. Ola bilər borclu olduğu adamlar onu sıxıblar o, da intihar edib”.

Əməkdaşımız Sadiq Məmmədlinin bir müddət işlədiyi telefon dükanına da baş çəkiərək obyektdə işləyən şəxslərlə söhbət etdi. Mərhumla bir neçə ay iş yoldaşı olan şəxsin bildirdiyinə görə, onda Sadiqin kiməsə borclu olması haqa məlumat yoxdur:

“ Mərhumun özünü borca görə asdığını bilmirdim. O, burada işləyəndə belə bir problemi olmayıb. Çox yaxşı usta idi zəhməti ilə çörək pulunu qazanırdı”.


Sadiq Məmmədlinin qonşuları da mərhum haqda yalnız xoş sözlər dedi:


“ Sadiq bizim gözümüzün önündə böyümüşdü. Həm ailələri həm də özü çox yaxşı qonşu olublar. Hadisə baş verən kimi ailəsi onun cəsədini ata yurdu Sabirabada apardı. Gördüyünz kimi evi biz qonşulara əmanət edib gediblər. Bizə bu evdə Sadiqi görməmək, onu haqda keçmiş zamanda danışmaq çox çətindir”.


Məsələni araşdıran müxbirimiz Suraxanı Rayonu Prokurorluğu və Polis İdarəsinə də baş çəkdi. Polis idarəsindən əməkdaşımıza verilən məlumatda bildirildi ki, baş vermiş hadisə ilə bağlı istintaq tədbirləri aparılır. Hadisənin üstündən cəmi bir neçə saat keçidiyinə görə, tam təfərrüatlı məlumatlar vermək hələ ki, mümkün deyil. Suraxanı Prokurorluğundan verilən məlumatda bildirildi ki, işi qurumun əməkdaşı Vaqif Hüseynov aparır və hazırda o, hadisəylə bağlı araşdırma üçün əraziyə çıxıb.

Sadiq özünü fotoda gördüyünüz üzüm çardağının taxtasından asıb.

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024