Hadisə (13-10-2015, 16:37)
Ziya Məmmədovun yaxın ətrafı ilə bağlı daha bir xəbər: Deponun xanım baş mühasibi saxlanılıb
Son günlər Nəqliyyat Naziri Ziya Məmmədov və onun yaxın ətrafı ilə bağlı mediada müxtəlif xəbərlər dolaşır.
Mediatv.az xəbər verir ki, onun yaxınlarda öz vəzifəsindən çıxarılacağı media dairələrində müzakirə olunan mövzulardan biridir. Mövzu ilə bağlı musavat.com- a mötəbər mənbədən daha bir məlumat daxil olub.
Belə ki, Biləcəri Lokomotiv Deposunda ciddi yoxlamalar başlayıb. Məlumata görə, deponun baş mühasibi Şəlalə Məmmədova saxlanılıb. Saxlanılan zaman onun seyfindən onlarla əməkhaqqı kartı çıxıb. Onun hazırda Biləcəridəki evində ev dustağı olduğu və ondan ölkəni tərk etməməsi barədə iltizam alındığı bildirilir.
Xanım Məmmədova deponun keçmiş rəisi Rafiq Məmmədovun bacısı qızıdır. Rafiq Məmmədov isə Ziya Məmmədovun sağ əllərindən biri hesab olunur. Onların hər ikisi Ucar rayonundandır və Rostov Dəmiryolları İnstitutnda bir yerdə təhsil alıblar.