Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (28-09-2015, 17:38)
Şəhidimiz doğma kəndində dəfn olundu

Bu gün Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Bolnisi rayonunun Zol-Güvəc kəndində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, sentyabrın 25-də şəhid olan 23 yaşlı Elşən Vaqif oğlu Məmmədovun dəfn mərasimi keçirilib.

Mediatv.az-ın APA-ya istinadən məlumatına görə, əslən Bolnisinin Zol-Güvəc kəndindən olan şəhid E. Məmmədovun dəfn mərasimində Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndələri, Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyinin rəhbəri Hacı Əli Əliyev, Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, ziyalılar, jurnalistlər,  və kənd sakinləri iştirak ediblər. Dəfn mərasimində din xadimləri “Quran” ayələri, şəhid E. Məmmədovun ruhuna dualar oxuyublar.

 
Azərbaycanın Gürcüstandakı səfirliyinin hərbi attaşesi, polkovnik Xəzər Abbasov Azərbaycan Müdafiə Nazirliyi adından başsağlığı verib.
 
Şəhid Elşən Məmmədov anadan olduğu Zol-Güvəc kəndinin qəbiristanlığında torpağa tapşırılıb.
 
Şəhidin atası, Bolnisinin Zol-Güvəc kəndində yaşayan Vaqif Məmmədov APA-ya açıqlamasında oğlunun əsgəri xidməti başa vurmasına 5 gün qaldığını bildirib: “Elşən İqtisad Universitetini bitirmişdi. Əsgəri xidmətə yola düşəndə anasına demişdi ki, bu yolda ölüm-itim var, şəhid olmaq var. Xidmət etdiyi hissənin komandirləri ondan həmişə razı idilər. Mən dəfələrlə Elşənin görüşünə getmişdim. Qurban bayramı günlərində mənə zəng vurub bayramımızı da təbrik etmişdi. Sentyabrın 25-də isə zəngi gəldi və dedilər ki, oğlunuz şəhid olub. Allah cəmi şəhidlərə rəhmət eləsin, Vətən sağ olsun".
 
Xatırladaq ki, Elşən Məmmədov sentyabrın 25-də qoşunların təmas xəttində düşmənin Azərbaycan mövqelərinə basqın etməyə cəhd göstərməsi nəticəsində şəhid olub.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024