İ.Şıxəli “Meydan” TV-nin işi ilə bağlı aparılan araşdırmaya görə dindirildiyi deyib: “Mənə “Meydan” TV ilə bağlı suallar verildi. Soruşdular ki, “Meydan” TV ilə kimin əməkdaşlıq edib-etmədiyini bilirəmmi. Daha sonra “Azadlıq” radiosu, mənim bu radiodan məvacib alıb-almamağım, yaşadığım ünvanla bağlı suallar verdilər. Nəyə görə ailəmin yanında deyil, kirayədə yaşadığımı soruşdular”.
Qeyd edək ki, sentyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşları İslam Şıxəlinin yaşadığı mənzildə axtarış aparıblar.