Hadisə (10-09-2015, 19:00)
Azərbaycanda kişilər arasında növbəti qanlı sevgi: məktəbli yataq "borcu"na görə boğuldu, 20 nəfər saxlanıldı
Amansız qətlin qaranlıq məqamları açıldıqca, Azərbaycanda iki kişi arasında növbəti təmənnalı sevginin yaşandığı üzə çıxır. Oğlanlar arasında yataq "borcu" məktəblinin həyatı bahasına başa gəlib.
Kürdəmirdə baş verən cinayət bir neçə gün əvəl Naftalan şəhərində törədilən cinayətə ilk baxışdan oxşasa da, ciddi məsələləri Milli.Az araşdırıb.
İlk olaraq hadisə barədə. Srağagün Kürdəmir rayonunda 14 yaşlı İzzət Babayevin meyiti tapılıb. O, getdiyi mal nobatından qayıtmayıb. Onu valideynləri axtarsa da, dünən səhər saatlarında sahibi ölmüş nar bağında cansız bədənini tapıblar.
Qətli törətməkdə şübhəli bilinən 23 yaşlı Malik Quliyev (ad və soyad şərtidir) atıq saxlanılıb. Qətlin təfərrüatları, saxlanılan şəxsin ifadəsi rayon prokurorluğu tərəfindən açıqlanmasa da, Me Mediatv.az qətlə səbəb olan səbəbləri başqa mənbələrdən əldə edib.
Məlum olub ki, saxlanılan M.Quliyev "mavi" olub. O, bu vaxta kimi rayon ərazisində 30-a yaxın cavan oğlanla cinsi əlaqədə olub. Mərhum İzzət də hadisə baş verən gün onunla cinsi əlaqədə olmaq üçün nar bağına gedib. Orada Maliklə əlaqədə olandan sonra mübahisə yaranıb. Buna səbəb isə Malikin də İzzətlə cinsi əlaqədə olmaq istəyi olub. İzzətin etiraz etməsinə əsəbləşən Malik onu boğaraq öldürüb.
Hadisədən əvvəl hər iki şəxsin nar bağına getdiyini görüblər. Hazırda istintaqa 20-dən artıq şəxs çağırılıb. Onlardan izahat alınandan sonra sərbəst buraxılanlar da var, saxlanılanlar da.
Hazırda istintaq aparılır. Daha ətraflı məlumatları öyrənməyə çalışırıq.
Əlavə edək ki, mərhum İ.Babayev orta məktəbin 9-cu sinif şagirdi olub.
Xadırladaq ki, bir neçə gün əvvəl Naftalan şəhərində analoji hadisə baş vermişdi. Şəhər ərazisindəki məşhur "Qarabağ" sanatoriyasında qabyuyan və ofisiant işləyən Bəhmən və Elxan arasında sevgi münasibətləri yaranıb.
Sonra onlar arasında münasibət daha da dərinləşib və intim munasibətdə olmağa razılaşıblar. İlk olaraq Elxan öz sevgilisinə onunla cinsi əlaqədə olmağı təklif edib. Bəhmən da onunla qarşılıqlı olmaq şərtilə münasibətə razılaşıb. Lakin Elxan onunla münasibətdə olandan sonra vədinə əməl etməyib. Bəhmənin onunla münasibətdə olmasına imkan verməyib. Uzun müddət Bəhmən onunla əlaqədə olmağa cəhd etsə də, alınmayıb. Ona görə də sevgilisini öldürmək qərarına gəlib. İki gün əvvəl Bəhmən onun yaşadığı evə gedərək 8 bıçaq zərbəsi ilə öldürüb.