Hadisə (22-08-2015, 13:58)
Xərçəng xəstəsi özünü göldə boğdu - YENİLƏNİB
12:43
Füzuli Rüstəmovun meyiidi bu gün səhər saatlarında qonşu kəndin ərazisindəki Aşıqbayramlı gölündən tapılaraq ailəsinə təhvil verilib. Məlum olub ki, 59 yaşlı Füzuli Rüstəmov uzun müddət dəri xərçəngindən əziyyət çəkib. O, bu səbəbdən özünü gölə ataraq intihar edib.
Faktla bağlı İsmayıllı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
--------
11:41
Kanal S /Region TV xəbər verir ki, bu gün səhər saatlarında İsmayıllının Kürdmaşı kəndi ərazisindəki göldən kişi meyidi aşkarlanıb. Aparılan ekspert araşdırması nəticəsində cəsədin rayonun Hacıhətəmli kənd sakini, 1956-ci il təvəllüdlü Rüstəmov Füzuli Mirzəfər oğluna məxsus olduğu məlum olub. Cəsəd sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. İsmayıllı Rayon Şəhər Polis Şöbəsindən "Kanal S"ə verilən məlumata görə, mərhum sonuncu dəfə 20 avqust tarixində təqaüdünü almaq məqsədilə evdən çıxıb və geri dönməyib.