Hadisə (19-08-2015, 17:35)
Hamilə qadını öldürəni vəhşicəsinə döydülər
Hamilə qadının faciəvi ölümü ilə bağlı qəzanın təfərrüatları məlum olub.
Dəhşətli hadisə Göygöl rayonunda baş verib. Yeni ailə həyatı quran 21 yaşlı Aytac Abdullayevanı Yeni Qızılca kəndində yolu keçmək istəyərkən rayon sakini Binəli Tapışanovun idarə etdiyi "KamAZ" markalı avtomobil vurub. A.Abdullayeva Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Bir gün müalicəsini davam etdirən qadın bu gün səhər saatlarında ölüb. O, 4 aylıq hamilə olub.
Şahidlərin bildirdiklərinə görə, mərhum yolu keçərkən qulaqcıq vasitəsilə musiqi dinləyrimiş və bu səbəbdən də sürətlə hərəkət edən yük avtomobolinin siqnalını eşitməyib.
Milli.Az-ın əldə etdiyi məlumata görə, sürücünün vəziyyəti də ağırdır. Mərhum A.Babayevanın qardaşı və dostu sürücü B.Tapışanovu ölümcül döyüblər. Döyülən vaxt o infarkt keçirib. Mədəsi cırılan və qabırğası sınan sürücü Bakıya çatdırılıb.