Hadisə (18-08-2015, 13:35)
Bakıda iki gəncin faciəsi: sürücüsü ölən "Lexus"da huşsuz qız tapıldı
Ötən gecə Bakı şəhərinin Nərimanov rayonunda dəhşətli hadisə baş verib. Lent.az-ın əldə etdiyi məlumata görə, saat 01:30 radələrində Oqtay Şamilzadə küçəsində yerləşən çoxmərtəbəli binanın qarşısında dayanmış və mühərriki işlək vəziyyətdə olan "Lexus" markalı avtomobilin yanından 1993-cü il təvəllüdlü Yusifli Yusif Tofiq oğlunun meyidi tapılıb. Həmin avtomobilin arxa oturacağından isə 19 yaşı olan Röyanə adlı qız huşsuz vəziyyətdə aşkarlanıb. Gənc qız dərhal Kliniki Tibbi Mərkəzə çatdırılıb.
İlkin araşdırmalar nəticəsində gənc qızla oğlanın intihar etdikləri üzə çıxıb.
O da məlum olub ki, "Lexus" markalı avtomobil Y.Yusifliyə məxsus olub və o, yaxınlıqda yerləşən binanın 11-ci mərtəbəsində yaşayıb.
Faktla bağlı cinayət işi açılıb. Araşdırmalar davam etdirilir.