Hadisə (13-08-2015, 20:56)
Göyçayda yanğın: bir qadın əstəxanasına yerləşdirilib
Göyçay rayonunda fərdi yaşayış evində yanğın hadisəsi baş verib, bir nəfər yanıq xəsarəti alıb. APA-nın yerli bürsounun xəbərinə görə hadisə bu gün saat 17:30 radələrində rayonun Qarabağlar kəndində qeydə alınıb. Kənd sakini 1975-ci il təvəllüdlü Məmmədov Şamo Fərman oğluna məxsus ümumi sahəsi 48 kvadratmetr olan 2 otaqlı mənzildə baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Məlumata görə mənzilin mətbəxində həcmi 5 litr olan məişət qaz balonunun alışması evdə yanğına səbəb olub. Hadisə zamanı ev içərisindəki məişət əşyaları ilə birgə tamamilə yanaraq yararsız hala düşüb. Hadisə zaman ev sahibin həyat yoldaşı 1981-ci il təvəllüdlü Əliyeva Elnarə Xudayar qızı yanıq xəsarətləri alaraq Göyçay Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.
Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.