Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (1-08-2015, 09:15)
Qadın sahibkar prokuror və hakimin onu şərlədiyini deyir

Qadın sahibkar prokuror və hakimin onu şərlədiyini deyir

 Nuriyə Məmmədova torpaq sahəsinin icra başçısı Əhəd Abıyev tərəfindən satıldığını iddia edir

«İcra başçısı “hara müraciət etsəniz də xeyri yoxdur, şikayət məktubunu mənə göndərirlər. Mən də zibil qutusuna atıram” deyir»

 

Daşkəsəndə sahibkarlıq fəaliyyəti ilə məşğul olan, "Sahil-M" kiçik müəssisəsinin rəhbəri Nuriyyə Məmmədova "Bizim Yol"a müraciət edərək rayonun icra başcısı Əhəd Abıyevi, prokuror Elman Süleymanovu və məhkəmə hakimi Tofiq  Məmmədovu qanunsuz əməllərdə ittiham edir.
O, 1996-cı ildən Daşkəsəndə kənd və fermer təsərrüfatı ilə məşğul olur. Amma təsərrüfatına ayrılmış 130 hektara yaxın torpaq sahəsindən istifadə edə bilmir. Çünki qeyri-qanuni olaraq satılıb. Bu barədə mərkəzi icra hakimiyyəti orqanlarına müraciət edən sahibkar şərləndiyini  bildirir.
"2004-cü ildən bu günə qədər Daşkəsənə göndərilən icra başçıları, prokuroru və məhkəmə hakimləri qanunsuz hərəkətləri ilə şəxsi hesabları üçün işləyiblər. Mən 13 ildən artıqdır ki, Azərbaycanda elə bir yer yoxdur, müraciət etməyəm. Şikayət etdiyim şəxslər vəzifə səlahiyyətlərindən sui-istifadə edir, aldıqları və verdikləri rüşvətə görə haqsızıqlarla üz-üzə qalmışam. Sonra da deyirlər ki, şikayətim mülki işdir məhkəməyə müraciət edim. Məhkəməyə müraciət etməyimə peşman olub, şikayətçi olduğum şəxslərə şükür edirəm",-deyən N.Məmmədova bildirir ki, kənd təsərrüfatı üçün qəbul olunan qanunlar və proqramlar Daşkəsəndə icra olunmur. 
Şikayətçinin sözlərinə görə, ləğv edilən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon Şöbəsinin müdiri Şahbaz Mehtiyev yerli əhaliyə məxsus torpaq sahəsini başqa rayon sakinlərinə satır: "Ona bu işdə icra başçısı Əhəd Abıyev "krişalıq" edir. Odur ki, komitə ləğv olunandan sonra icra başçısı onu bu "xidmətlərinə" görə işsiz qoymayıb, icra hakimiyyətində yeni vəzifəyə təyin edib.
"İcra başçısının dilinə düz söz gəlmir,  ancaq vətəndaşları aldada-aldada özünün şəxsi hesabı üçün işləyir. Aidiyyatı oldu-olmadı hər iclasda məni təhqir və tənqidlərlə yad edir. Guya mən vəzifəli şəxslərin heyvanlarını gətirib rüşvət alıram. Bu ağ yalandır. Əhəd Abıyev deyə bilərmi ki, hazırda mənə aid olan torpaqlarda iki sürü yerləşdirilib, bunlar hansı vəzifəli şəxslərindir. İcra başçısı "hara müraciət  etsəniz də, xeyri yoxdur, şikayət məktubunu mənə göndərirlər. Mən də zibil qutusuna atıram" deyir. 
Bununla da vətəndaşların konstitusion haqları və "Vətəndaşların müraciəti" haqqında qanun pozulur. Azərbaycan qanunlarını zibil hesab edən Əhəd Abıyevdən mərkəzi icra hakimiyyəti təşkilatlarına və mətbuata şikayət etdiyim üçün məni şərlətdirərək həbs elətdirmək istəyir", - deyə N.Məmmədova bildirir. 
09.02.2015-ci il tarixdə Daşkəsəndə olmadığını deyən sahibkarın sözlərinə görə,  həmin tarixdə Daşkəsən rayon Prokurorluğunun qarşısında onu Ziyafət Əliyevanı döyməkdə ittiham edirlər: "Mən pozulmuş hüquqlarımı tələb edirəm deyə Daşkəsən rayon prokuroru Elman Süleymanov və hakim Tofiq Məmmədov mənə şər atırlar.  
Guya mən Ziyafət Əliyevanı prokurorluğun ərazisində  döyüb,  sağlamlığına zərər vurmuşam. Şahid kimi Nazim və Elman adlı şəxslərin izahatı alınıb. Həkimdən rəy alınıb. Xəbərim olmadan 13.02.2015-ci il tarixdə məhkəmə iclası təyin edilib və qərar verilib. Qərarı hakim Tofiq Məmmədov özündə saxlayıb. Qərardan apellyasiya şikayəti vermək müddəti keçəndən sonra mənə məlum qərar barəsində məlumat verilib.  Qərarda boşluqlar var. 
Ziyafət qanunla üzbəüz qalanda "ruhi xəstəyəm, savadım yoxdur" deyərək özünü müdafiə edir".
Nuriyyə Məmmədova deyir ki, icra hakimiyyətinin məsul şəxsləri Şahbaz Mehdiyev və Nazim Verdiyev kənd təsərrüfatı üçün nəzərdə tutulmuş və yerli əhalinin istifadəsinə verilmiş torpaq sahələri satılmaqda davam edir. Qarşılaşdığı qanunsuzluqlarla bağlı mərkəzi icra hakimiyyəti təşkilatlarına etdikləri şikayətlər isə nəticəsiz qalır. O, problemin həllini ictimailəşməkdə görür.
Məsələ ilə bağlı Daşkəsən rayon İcra Hakimiyyətinin elektron ünvanına ([email protected]) göndərdiyimiz sorğu cavabsız qalıb. 
Mediatv.az
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024