Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (16-07-2015, 11:07)
Paytaxtda avtobus və yük avtomobillərinin iştirakı ilə baş verən qəzalarda 22 nəfər ölüb

Paytaxtda avtobus və yük avtomobillərinin iştirakı ilə baş verən qəzalarda 22 nəfər ölüb

Bu ilin ilk 6 ayı ərzində Bakıda avtobus və yük avtomobillərinin iştirakı ilə baş verən qəzalarda 22 nəfər dünyasını dəyişib.

Bunu Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Bölmə rəisinin sözlərinə görə, paytaxtda avtobusların iştirakı ilə 33 yol-nəqliyyat hadisəsi baş verib: “Nəticədə 9 nəfər ölüb, 35 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 2 nəfərin ölümü, 6 nəfərin yaralanması ilə nəticələnən yol qəzaları fiziki şəxslərə, 7 nəfərin ölümü, 29 nəfərin yaralanması ilə nəticələnən 26 yol qəzası isə hüquqi şəxslərə məxsus avtobus sürücüləri tərəfindən törədilib”.

V.Əsədov Bakıda yük avtomobillərinin iştirakı ilə bağlı baş verən qəzaların statistikasını da açıqlayıb: “Yük avtomobillərinin iştirakı ilə 20 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 13 nəfər ölüb, 23 nəfər isə xəsarət alıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə yük avtomobilləri ilə bağlı yol qəzalarının sayı 7 fakt, xəsarət alanların sayı 4 nəfər azalsa da, qəzalar zamanı həlak olanların sayı 3 nəfər artıb. Xatırladaq ki, ötən ilin ilk 6 ayı ərzində paytaxt yollarında yük avtomobillərinin iştirakı ilə 27 hadisə baş verib, 10 nəfər ölüb, 27 nəfər xəsarət alıb”.

Qeyd edək ki, 2015-ci ilin ilk yarım ili ərzində Bakı şəhərinin inzibati ərazisində 392 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 118 nəfər ölüb, 414 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Mediatv.az 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024