Hadisə (15-07-2015, 09:55)
Saxta MTN dəstəsinin daha iki üzvü tutuldu
Xəbər verildiyi kimi, Bakı şəhər sakini olan vətəndaş DİN-ə müraciət edərək özlərini Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları kimi təqdim edən bir qrup şəxsin ona məxsus 3 milyon 400 min ABŞ dolları məbləğində vəsaiti dələduzluq yolu ilə ələ keçirdiyini bildirib
Faktla bağlı DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.
Baş İdarənin əməkdaşları tərəfindən həyata keçirilən tədbir nəticəsində Bakı şəhərində yaşayan Loğman Abdullayev, Emin Qasımov, Ruslan Hacıyev, Pərviz Rzayev, Fərhad Tağıyev və digər şəxslərin bu il mayın 1-də 23:00 radələrində Xəzər rayonunun Qala qəsəbəsində zərərçəkmişin idarə etdiyi avtomobilin qarşısını kəsərək onu Xətai rayonu ərazisindəki mənzilinə gətirib seyfdə saxladığı külli miqdarda xarici valyutanı guya araşdırmaq məqsədilə ələ keçirdikləri öz təsdiqini tapıb. Daha sonra cinayətkar qrupun üzvləri həmin vətəndaşı metronun “Ulduz” stansiyasının yaxınlığında yerləşən obyektlərin birində qanunsuz olaraq 3 gün saxladıqdan sonra guya istintaqdan yayındırmaq məqsədilə Moskva şəhərinə yola salıblar. Ələ keçirdikləri külli miqdarda vəsaiti öz aralarında bölən cinayətkar dəstənin üzvləri sonradan ölkənin hüdudlarını tərk ediblər. Vətəndaşın müraciəti əsasında qaldırılan cinayət işi rəhbərliyin nəzarətinə götürülüb və keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə dəstə üzvlərindən 5 nəfəri saxlanılıb.
“Yeni Müsavat”a daxil olan məlumata görə, dəstənin daha 2 üzvü Gürcüstan ərazisində saxlanılıb. Hazırda onların Bakıya gətirilməsi üçün müvafiq tədbirlər görülür. Hüquq-mühafizə orqanlarındakı mənbə bildirir ki, bu, dəstə üzvlərinin ilk işi deyil, bundan əvvəl də bir neçə iş adamı onların qanunsuz əməlləri ilə üz-üzə qalıb. Həmin şəxslərdən külli miqdarda vəsait alınmaqla onları azad ediblər. Lakin saxta MTN-çilərin qanunsuzluğu ilə üz-üzə qalan sahibkarların şikayət etməməsi onların etdikləri cinayətlərin bağlı qalmasına, yeni cinayətlərin baş verməsinə yol açıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
Cinayətkar dəstənin digər üzvlərinin də tutulması istiqamətində zəruri tədbirlər davam etdirilir.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024