Hadisə (9-07-2015, 09:20)
“İran embarqodan sonrakı dönəmə hazırlaşır”
İran prezidenti Həsən Ruhani Rusiyaya yola düşüb.
“Vyanada davam edən müzakirələr səbəbindən həssas günlər yaşayırıq. İran müzakirələr və embarqodan sonrakı dönəm üçün hazırlaşır”. Anspress-in məlumatına görə, bu sözləri İran İslam respublikasının prezidenti Həsən Ruhani deyib.
Rusiyanın Ufa şəhərində keçirilən BRICS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) və Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak etmək üçün bu ölkəyə yola düşən Ruhani Tehran hava limanında jurnalistlərin suallarına cavab verib.
İranın müşahidəçi üzv kimi iştirak etdiyi ŞƏT-ə daimi üzvlüyünün müzakirə olunacağını deyən İran prezidenti bunun uzun zaman tələb edən bir proses olduğunu bildirib. Həsən Ruhani həmçinin ŞƏT və BRICS sammitində üzv ölkələrin rəhbərləri ilə də görüşəcəyini bildirib.