Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (1-07-2015, 18:24)
Mağazasında özünü asdı- Borca görə

Mağazasında özünü asdı- Borca görə

 

Bu gün Ağdaş rayonunda maşın ehtiyat hissələri satılan mağazaların birində asılmış kişi meyiti tapılıb. 

 

Mediatv/az ın  ans press-ə istinadən məlumatına görə, bu barədə rayon polisinə və prokurorluğuna məlumat verilib.

Məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Araşdırmalar zamanı ölən şəxsin mağazanın sahibi, 1962-ci il təvəllüdlü Rəhman Murad oğlu Məmmədov olduğu məlum olub.

Ağdaş rayon Prokurorluğunun müstəntiqi Pərviz Cəlilovun verdiyi məlumata görə, meyitin müayinəsi zamanı onun özünü asdığı məlum olub.

"Rəhman Məmmədovun meyiti mağazanın anbarından asılmış halda tapılıb. Baş verən hadisə ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb", - deyə Pərviz Cəlilov bildirib.

Müstəntiqin sözlərinə görə, mərhumun yaxınları onun külli miqdarda borclu olduğunu bildiriblər. İlkin ehtimala görə, mağaza sahibi elə bu səbəbdən də özünü öldürüb.

Lakin baş verən hadisənin dəqiq səbəbləri istintaq yekunlaşandan sonra məlum olacaq.

Faktla bağlı istintaq davam edir.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024