Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (16-06-2015, 12:03)
PKK-ya qoşulan azərbaycanlı tələbələri xarici şirkət aparıb

 

“PKK sıralarına qoşulduğu iddia edilən 3 azərbaycanlı tələbə özəl xətlərlə Türkiyədə oxumağa gəliblər”.Bunu Modern.az saytına açıqlamasında Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova bildirib. Nəsibovanın sözlərinə görə, onların heç biri Təhsil Nazirliyinin xətti ilə Türkiyədə oxumağa getməyib.
Bunlar Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlər vasitəsilə attestatla Türkiyədə təhsil alamağa gəliblər. Heç biri dövlət xətti ilə gəlməyib. Onların necə təhsil almaları, dərsə davamiyyətləri haqqında oxuduqları universitetlərdən məlumatlar almışam”.
N.Nəsibova tələbələrin dərsə davamiyyətinin yaxşı olmadığını vurğulayıb.
“Qiymətləri olduqca aşağıdır və dərsə davamiyyətləri də zəifdir. Orada oxuyan digər azərbaycanlı tələblər onların kürd əsilli tələbələrlə oturub-durduqlarını da deyirdilər. Heç azərbaycanlı tələblərə yaxınlıq etmirmişlər”,- deyə Nəcibə Nəsibova modern.az-a bildirib.
Qeyd edək ki, Türkiyədə təhsil alan 3 azərbaycanlı tələbənin terrorçu PKK silahlı dəstəsi sıralarına qoşulması xəbəri Azərbaycanda ciddi səs-küy doğurub. Şimali İraqda çəkildiyi iddia edilən videoçarxda PKK terrorçularının sıralarında döyüşən azərbaycanlıların bu ilin aprel ayında Türkiyədə yoxa çıxan 3 tələbə olduğu iddia edilib.
Onların bu ilin aprel ayında yoxa çıxmış azərbaycanlı gənclər Yıldırım Beyazit Universitetinin tələbəsi Sənan Güləhmədov, Ankara Unversitetində oxuyan Mobil adlı şəxs və Turqut Özal Universitetinin tələbəsi Məmmədhüseyn olduğu bildirilib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024