Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (3-06-2015, 19:33)
Milli Təhlükəsizlik Nazirliyinə daha bir səlahiyyət verildi

 

MTN-ə hərbi təyinatlı uçuş aparatları, pilotsuz uçuş aparatlarının idxalı və ixracına nəzarət etmək səlahiyyəti verilib
Mediatv.az xəbər verir ki, Nazirlər Kabineti “İxrac nəzarətinə düşən malların nomenklaturuna uyğun, habelə işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin qanunvericiliklə müəyyən edilmiş siyahısındakı malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) kateqoriyaları və bölmələri üzrə xüsusi icazə verən, ixrac nəzarətini, xüsusi icazə verilməsindən əvvəl və sonra yoxlamaları, ikili təyinatlı malların sifariş edilmiş məqsədlər üçün istifadə olunmasına nəzarəti həyata keçirən icra hakimiyyəti orqanlarının Siyahısı”na dəyişiklik edib.
APA-nın məlumatına görə, dəyişiklik Milli Təhlükəsizlik Nazirliyinin (MTN) səlahiyyətinin artırılması ilə bağlıdır.
Nazirlər Kabineti aidiyyəti dövlət orqanlarının rəyləri əsasında hərbi təyinatlı uçuş aparatları, pilotsuz uçuş aparatları, raketlər, onların mühərrikləri, avadanlıqları və yardımçı avadanlıqları, hərbi təyinatı üçün xüsusi düzəldilmiş komponentlərin ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı, tranziti üzrə xüsusi icazə verən orqandır.
İndiyə qədər bu sahədə ixrac nəzarətini, xüsusi icazə verilməsindən əvvəl və sonra yoxlamaları, ikili təyinatlı malların sifariş edilmiş məqsədlər üçün istifadə olunmasına nəzarəti Müdafiə Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi (aidiyyəti üzrə), Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti həyata keçirib.
Bundan sonra bu sahədə ixrac nəzarətini, xüsusi icazə verilməsindən əvvəl və sonra yoxlamaları, ikili təyinatlı malların sifariş edilmiş məqsədlər üçün istifadə olunmasına nəzarəti Milli Təhlükəsizlik Nazirliyi də həyata keçirəcək.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024