Hadisə (19-05-2015, 12:15)
Rusiyaya qarşı daha bir cəza
Beynəlxalq Xokkey Federasiyası Rusiyanı cəzalandıracaq. Səbəb Rusiya komandası üzvlərinin dünya çempionatında qalib gələn Kanada komandasının himni səslənməmişdən buz meydançasını tərk etməsidir.
Mayın 17-də Praqada keçirilən yarışmada Kanada Rusiyanı 6-1 hesabıyla məğlub edib. Rusiyalı oyunçulardan çoxu gümüş medallarını götürərək, geyinib-soyunma otaqlarına üz tutublar. Meydançada Alex Ovechkin və Evgeny Malkin daxil olmaqla, bir neçə oyunçu qalıb.
Federasiya prezidenti Rene Fasel Rusiyanın davranışını “qəbuledilməz” adlandırıb və rusiyalıların meydançadan çıxmasına görə “bərk məyus” olduğunu deyib. O, komandaya cəza veriləcəyini sözlərinə əlavə edib.
Rusiya Xokkey Federasiyasının prezidenti Vladislav Tretyak isə bu hərəkəti “təşkilati səhv” adlandırıb. O, TASS agentliyinə deyib ki, “qarışıqlıq yaranıb. Oyundan dərhal sonra geyinmə otaqlarına gedən darvaza dərhal açılıb və oyunçular el biliblər onlar meydançadan çıxa bilərlər”.