Hadisə (2-05-2015, 09:58)
16 yaşlı oğlan dayısını öldürdü
Sabirabadda 16 yaşlı yeniyetmə dayısını bıçaqla qətlə yetirib.
“Mediatv.az” xəbər verir ki, Sabirabad polis şöbəsindən APA-ya verilən məlumata görə, bu gecə saat 00.00 radələrində Sabirabad rayonunun Yaxa Dəllək kəndində qətl hadisəsi baş verib.
Sabirabad rayonunun Yaxa Dəllək kənd sakini 1999-cu il təvəllüdlü Hacıyev Cavad Cabir oğlu dayısı- həmin kəndin sakini 1972-ci il təvəllüdlü Hacıyev Vüqar Poladxan oğlunu bıçaqlayıb. İkinci xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Hal-hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları istintaq əməliyyatı aparılır.
Hadisəni törədən şəxsin tutulması istiqamətində əməliyyat- axtarış tədbirləri həyata keçirilir.
Faktla bağlı Sabirabad rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.