Hadisə (10-03-2015, 16:55)
Gənc qız sevgi üzündən canına qıydı
Bakıda sevgilisinə acıq edən qız ölümü seçib
Bakının Sabunçu rayonunda 8 mart günü əsl sevgi dramı yaşanıb.
Hüquq-mühafizə orqanlarından ans press-ə verilən məlumata görə, hadisə Balaxanı qəsəbəsi yaxınlığında məskunlaşan məcburi köçkün ailələrindən birində 20 yaşlı qız intihara cəhd edib.
Axşam saat 22 radələrində 19 yaşlı S.Q. çoxlu sayda dərman qəbul edib. Onu huşsuz vəziyyətdə anası tapıb. Qadının hay-küyünə atası və qardaşları gəlib. S.Q. təcili xəstəxanaya aparılıb. Həkimlərin səyi nəticəsində, çətinliklə də olsa qızın həyatını xilas etmək mümkün olub.
Araşdırmalar zamanı məlum olub ki, 8 mart Beynəlxalq Qadınlar günündə S.Q. sevdiyi oğlandan hədiyyə almayıb. Nə səbəbə təbrik edilmədiyini öyrənmək üçün sevgilisinə zəng vuran qız "qəlbindən vurulub".
"Biz artıq sevgili deyilik. Bizim sevgimiz bu qədərmiş. Artıq səni sevmirəm!", - deyə gənc oğlan sevgilisinə sərt cavab verib.
S.Q, gözləmədiyi cavabı alıb və depresiyaya düşüb. Onun üçün artıq həyatın bitdiyini düşünən gənc qız, həyatına son qoymaq istəyib.
Qeyd edək ki, hazırda qızın vəziyyəti yaxşıdır və həyatı üçün heç bir təhlükə yoxdur. Onun kimliyi isə etika naminə gizlədilir.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024