Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (3-03-2015, 11:55)
İcra başçısının qardaşı oğlu 8 maşını əzdi

İcra başçısının qardaşı oğlu 8 maşını əzdi

Fevralın 28-dən martın 1-nə keçən gecə Bakıda ağır yol qəzası baş verib. "İnfiniti-5-5" markalı, nömrə nişanının seriyası 555 olan avtomobil Bakının mərkəzində – Sahil bağının yanında 8 avtomobili əzib. Hadisə Fransanın Azərbaycandakı səfirliyinin binası qarşısında baş verib. 

 

“Mediatv.az” xəbər verir ki, Avtosfer.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, gecə saat 4 radələrində səfirliyin arxa tərəfindəki bardan çıxan şəxs sərxoş vəziyyətdə olub. Lakin o, bu vəziyyətdə maşına oturaraq sürətlə arxaya hərəkət edib. Bu zaman barın mühafizəçisinə toxunan maşın səkiyə dəydiyi üçün dayanıb. Daha sonra maşını irəli sürən həmin şəxs müxtəlif markalı 8 avtomobili vurub. Son olaraq "Nissan" markalı avtomobili əzib az qala səfirliyi qoruyan polislərin postuna çırpılan avtomobili hündür səki saxlayıb. Əzilən sonuncu avtomobil Fransa səfirliyinə məxsus olub.

Hadisə şahidlərinin bildirdiyinə görə, sürücü bir dəqiqənin içində 8 avtomobili sanki qəsdən əzib. O, maşını gah irəli sürüb, gah arxaya hərəkət edərək maşınları əzə-əzə hərəkət edirmiş. Son anda avtomobilin ön tərəfi səkiyə çırpıldığı üçün qabaq təkərlər qırılıb və sürücü maşından düşüb. Bildirilir ki, həmin şəxs əvvəlcə qaçmağa çalışıb. Lakin polis əməkdaşları ayaq üstə güclə dayanan həmin şəxsi saxlayaraq bölməyə aparıblar. İlk araşdırmalar zamanı məlum olub ki, hadisəni törədən bu şəxsin özü də hüquq mühafizə orqanı əməkdaşıdır. Onun ucqar rayonlardan birinin icra başçısının qardaşı oğlu olduğu bildirilir. İdarə etdiyi avtomobil isə özünə yox, məhkəmə sistemində çalışan dostuna məxsus imiş. 

Hazırda polis məsələ ilə bağlı araşdırma aparılır. 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024