Hacıqabulda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Mediatv.az  apa-ya istinadən xəbər verir ki, hadisə Hacıqabul rayonunun Padarçöl kəndində qeydə alınıb.
Qəza zamanı “Mercedes” markalı avtomobil yoldan çıxaraq aşıb.

Nəticədə Sabirabad rayon sakinləri, Rəhimov Həsən Arif oğlu, 2000-ci il təvəllüdlü Abdullazadə Rəşid Rəşad oğlu, 2005-ci il təvəllüdlü Gülməmmədov Amin Vasif oğlu və Nurlan Abdullayev Seymur oğlu müxtəlif dərəcəli xəsarətlərlə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Digər ağır yaralı Sabirabad sakini, 2003-cü il təvəllüdlü Quliyev Fərhad Ədalət oğlu xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.