Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (10-02-2015, 17:42)
Çay evində başlanan mübahisə və qətl– Rəsmi

Çay evində başlanan mübahisə və qətl– Rəsmi

 

\Bakı şəhər Baş Polis idarəsi və Bakı Şəhər Prokurorluğu Xətai rayonunda baş verən qətllə bağlı birgə açıqlama yayıb. 

 

“Qafqazinfo”ya daxil olan məlumata görə, fevralın 6-da saat 02 radələrində paytaxtın Xətai rayonu ərazisində Məmmədov Şahlar Məzahir oğlunun üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) və 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddələri ilə cinayət işi başlanıb.

İstintaqla müəyyən edilib ki, həmin tarixdə şəhər sakini Emin Musayev dostları Abdulla İsmayılov, Loğman Rəhimov, Anar Qəhrəmanov və şəxsiyyəti istintaqa hələlik məlum olmayan Emin adlı şəxslə birlikdə rayon ərazisində fəaliyyət göstərən “Arabeska” çay evində olarkən orada olan Şahlar Məmmədov və onunla birlikdə şəxsiyyəti istintaqa hələlik məlum olmayan digər iki nəfər tanışları arasında yaranmış mübahisə zəminində A.Qəhrəmanov Ş.Məmmədovu çay evinin arxasına dəvət edib. 

Ş.Məmmədovun üstündə gəzdirdiyi bıçaqla A.Qəhrəmanova xəsarət yetirməsində, E.Musayev və A.İsmayılovun isə xuliqanlıq niyyəti ilə üstlərində gəzdirdiyi bıçaqla Ş.Məmmədovun bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirməklə qəsdən öldürmələrində əsaslı şübhələr olduğundan cinayət işi Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2 və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələrinə tövsif edilib.

Bakı şəhər Baş Polis İdarəsi, şəhər prokurorluğu və rayon hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Məmmədovu qəsdən öldürməkdə şübhəli bilinən E.Musayev və A.İsmayılov, həmçinin hadisə vaxtı silah qismində istifadə edilən əşya tətbiq etməklə xuliqanlıq cinayətini törətməkdə şübhəli bilinən Loğman Rəhimov tutulub. Onlar iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində Səbail rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda Bakı şəhər prokurorluğunun İstintaq idarəsində iş üzrə cinayətin törədilməsində digər şəxslərin iştiraklarının olub-olmamasının müəyyənləşdirilməsi  istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdilir.

Murad Əhməd

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024