Hadisə (10-07-2023, 10:43)
Ağcabədidə toyda kütləvi zəhərlənmə - Yenilənib
Mediatv.az xəbər verir ki, hadisə Rəncbərlər kəndində keçirilən məclisdə baş verib.
İlkin məlumata görə, 34 nəfər, o cümlədən 16-sı yetkinlik yaşına çatmayan şəxs qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya çatdırılıb. Onlardan 33 nəfər ambulator müayinədən sonra evə buraxılıb, 1 nəfərin müalicəsi davam edir.Faktla bağlı araşdırma aparılır.
***
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı bildirib ki, Ağcabədi rayonunun Rəncbərlər kəndində vətəndaşa məxsus həyət evində keçirilən toy mərasimində 34 nəfərin zəhərlənməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub. Məlumatla əlaqədar müvafiq ekspertiza təyin olunub, hazırda araşdırma davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
Zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edən şəxslərin səhhətində ciddi problem yoxdur, onların hər biri ambulator müalicə üçün evə buraxılıb.