Hadisə (6-02-2015, 00:00)
İçki məclisinin qanlı sonu- Əmisi oğlunu bıçaqladı
Paytaxtın Nizami rayonunda da bıçaqlanma hadisəsi baş verib.
“Qafqazinfo” Kəpəz TV-yə istinadən xəbər verir ki, paytaxt sakini Elşən Rzayev Nefçilər metrosunun yaxınlığında kirayədə qalan əmisi oğlu 29 yaşlı Etibar Rzazadənin yanına qonaq gedib. Səmimi söhbətlə başlayan içki məclisi qanlı sonluqla yekunlaşıb. İki əmioğlu yeyib içdikdən sonra, aralarında mübahisə yaranib və Elşən Rzayevi əmisi oğlu bıçaqlayıb. Bud nahiyəsindən ağır bıçaq yarası alan Elşən Rzayev ətrafdakı şəxslərin köməkliyi ilə 3 sayli kliniki tibbi mərkəzə çatdırılıb.
Xəstəxanada yaralıya ilkin tibbi yardim göstərildikdən sonra palataya yerləşdirilib. Hadisə barədə məlumat daxil olan kimi, Nizami rayonu 24-cü polis bölməsinin əməkdaşları, cinayəti törədərək hadisə yerindən qaçmış şəxsi tutaraq istinaqa cəlb ediblər. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.