Hadisə (31-01-2015, 14:37)
6 qız atası 2 kq narkotiklə yaxalandı
Samuxdan Gəncəyə narkotik vasitə gətirən şəhər sakini saxlanılıb
Gəncə şəhər Baş Polis İdarəsindən APA TV-nin qərb bürosuna verilən məlumata görə, daxil olmuş məlumat əsasında Gəncə şəhər sakini, 1971-ci il təvəllüdlü Mövsüm İsgəndərov şübhəli şəxs kimi saxlanılıb. Onun əlindəki torbadan 2 kiloqram 100 qram narkotik vasitə olan marixuana götürülüb.
Mövsüm İsgəndərov əvvəllər də qanunsuz narkotik vasitə saxladığı üçün iki dəfə məhkumluq həyatı yaşayıb. O, sonuncu dəfə ötən ilin oktyabrında azadlığa çıxıb. Mövsüm İsgəndərov qurudulmuş marixuananı 2014-cü il noyabr ayının əvvəllərində Samux rayonun ərazisində baxımsız əkin sahəsindən toplayaraq qurutduğunu bildirib: "Özüm orda saxlayırdım. Getdim ki, gətirim. Yol pulum yox idi gedib-gəlməyə, ona görə hamısını gətirdim. İstədim, yanımda olsun, rahat çəkim. Heç kimə satmamışam. Ancaq özüm çəkirəm. Heç kimə də vermək fikrim yox idi".
Mövsüm İsgəndərov ailəlidir. 6 qız övladı var. Həmçinin onun yaxşı rəssamlıq qabiliyyəti də var.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024