Hadisə / Karusel (26-01-2015, 16:32)
Azərbaycanda ovda faciə
Qobustanda tüfənglə ehtiyatsız davranılması nəticəsində bir nəfər xəsarət alıb
Qobustan rayonunun Xilmilli kəndində ov zamanı tüfənglə ehtiyatsız davranılması nəticəsində bir nəfər xəsarət alıb.
Daxili İşlər Nazirliyindən ans press-ə verilən məlumata görə, yanvarın 24-də Qobustan rayonunun Xilmilli kəndində Qəbələ rayon sakini İdris Murtuzov, Abşeron rayon sakini Şəmsəddin İsayev, Bakı şəhər sakinləri İlqar Yusifov və Rəhman Əhmədov ov edərkən Ş.İsayevə məxsus tüfənglə ehtiyatsız davranıb.
İ.Murtuzov açdığı atəşlə R.Əhmədova bud nahiyəsindən xəsarət yetirib və nəticədə R.Əhmədov xəstəxanaya yerləşdirilib.
Qobustan RPŞ əməkdaşları tərəfindən Ş.İsayevdən “Vursan” markalı, İ.Yusifovdan “Churchill” markalı müvafiq sənədləri olan ov tüfəngləri götürülüb.
Faktla əlaqədar cinayət işi başlanılıb.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
25 06 2025