Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (21-01-2015, 20:11)
Həbsdə olan uşaqların sayı 50 faiz azalıb - Malena Mard

Malena Mard: «Hakimlər, hüquq sahəsində çalışan qurumlar və prokurorlar da yuvenal ədliyyə layihəsinə cəlb olunmalıdır»

Yanvarın 21-də UNİCEF-in Azərbaycan Ofisi, Avropa İttifaqı, Azərbaycan hökuməti və Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin birgə layihəsi olan Azərbaycanda Uşaqlar üçün Ədliyyə Mexanizmlərindən İstifadənin Dəstəklənməsi layihəsinin təqdimat mərasimi keçirildi. UNİCEF-in Azərbaycan nümayəndəliyi rəhbərinin müavini Nafisa Şafik yuvenal ədliyyə sahəsində qazanılan uğurlara görə Azərbaycan hökumətini təbrik etdi: “Penitensiar müəssisələrdə uşaqlarının sayının azalması, yuvenal ədliyyə sahəsi üzrə təkmilləşmiş hakimlərin işlərə təyin olunması və digər məsələlərin həllində xeyli uğur əldə olunub”.

Daha sonra çıxış edən Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı yuvenal ədliyyə ilə bağlı onlar tərəfindən dəyirmi masaların keçirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırdı: “Bu təşəbbüslə ombudsman Elmira Süleymanova çıxış edib. İnanıram ki, bizim bu layihəmiz də uğurla həyata keçiriləcək. Qeyd etmək istəyirəm ki, bizim yuvenal ədliyyə sahəsi üzrə ekspertlərimiz var ki, onlar bu işdə təkmilləşmiş vəkillərə, prokurorlara, hakimlərə mühazirə oxuyacaq”.

Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Malena Mard isə Azərbaycan hökuməti ilə əməkdaşlıqdan məmnunluğunu ifadə etdi: “Bu işə hakimlərin, məhkəmə, hüquq sahəsində çalışan qurumların, prokurorların cəlb olunması çox vacibdir. Bugünkü layihə dövlət və vətəndaş cəmiyyətlərinin fəaliyyəti ilə çox yaxşı uzlaşır. Maksimum nəticə əldə etmək üçün cəhdlərimizi birləşdirməliyik. Erkən müdaxilə baxımından uşaqlara lazımi yardım göstərilməlidir”.

UNİCEF-in Azərbaycanın nümayəndəliyinin uşaq müdafiəsi şöbəsinin rəhbəri Ramiz Behbudov keçən ildən etibarən Bakı Ağır Cinayətlər Məhkəməsində yetkinlik yaşına çatmayanların işinə bu sahədə ixtisaslaşmış 3 hakimin baxdığını dedi: “Çünki ölkədə yetkinlik yaşına çatmayanların işinin 60 faizinə bu məhkəmədə baxılır. Biz UNİCEF olaraq həmin 3 hakimə geniş ixtisaslaşma təliminin keçirməlisini nəzərdə tutmuşuq”.

Layihə barədə ətraflı məlumat verən R.Behbudov bildirdi ki, 2007-2014-cü illərdə yeniyetmələr haqqında seçilmiş həbs qətimkan tədbirlərinin sayı 30 faiz azalıb: “Həbsdə olan uşaqların sayı son 8 ildə 50 faiz azalıb. Həbsdən yayındırma proqramlarına yönəldilən uşaqların sayında isə 25 faiz artım qeydə alınıb”. R.Behbudov qanunu pozmuş yeniyetmələrə verilən həbs cəzasının çox olduğunu da söylədi: “Düşünürük ki, 10 ilə qədər həbs cəzası yeniyetmələr üçün çoxdur. Digər tərəfdən, müxtəlif qurumlar arasında koordinasiya işləri gücləndirilməlidir. Hüquq-mühafizə orqanlarına sosial işçilər, psixoloqlar işə cəlb olunmalıdır. Bu sahədə psixoloqların xidmətindən az istifadə olunur, sosial işçi anlayışı haqda isə təəssüflər ki, geniş məlumat yoxdur”.

R.Behbudov bu layihənin əsas məqsədinin sadalanan problemlərin həll olunmasına dəstək vermək məqsədini daşıdığını da qeyd etdi: “Proqramın əsas məqsədi risk altında olan uşaqların hüquqlarını gücləndirmək xarakteri daşıyır”.

Qeyd olundu ki, layihədən birbaşa 3 mindən artıq uşaq, yeniyetmə, onların ailəsi bəhrələnə biləcək. Layihə 10 rayonu əhatə edəcək, 300-dən artıq peşəkar işçilərə təlim keçiriləcək. Layihənin əsas məqsədi uşaq hüquqlarının qorunmasının müstəqil monitorinqinə dəstək vermək, adekvat hüquqi yardım və dəstəyə daha yaxşı çıxışı təmin etmək və qanunla ziddiyyətdə və əlaqədə olan uşaqlara dair cəmiyyətdəki anlayış və yanaşmanın yaxşılaşdırılması üçün dövlət qurumları və vətəndaş cəmiyyəti təşkilatlarının bacarıq və imkanlarının artırılmasıdır.

Qeyd edək ki, “Hüquq Dünyası Hüquqi Təbliğat” ictimai birliyi və “Gənclər üçün Təhsil Mərkəzi” ictimai birliyi UNİCEF-in bu layihənin həyata keçirilməsində icraçı tərəfdaşları qismində iştirak edəcəklər.

Vüsal Tağıbəyli

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024