Hadisə / Karusel (15-01-2015, 13:10)
Bakıda azyaşlı uşağın əli ətçəkən maşında qalıb
Bakıda nəzarətsiz qalan uşaq marağının bəlasına düşdü
Mediatv.AZ APA-ya istinadən bildirir ki, hadisə Masazır qəsəbəsi, Qaçaq Nəbi küçəsində yerləşən təzə tikilidə qeydə alınıb. Valideynlərindən xəbərsiz elektrikli ətçəkən maşını işə salan 3 yaşlı Ballı Məmmədli İsmayıl qızının sağ əli maşının içində qalıb. Uşağın əlini ətçəkən maşından ayıra bilməyən qohumlar Fövqəladə Hallar Nazirliyin 112 "qaynar xətti"nə zəng vuraraq kömək istəyiblər.
Dərhal hadisə yerinə gələn xilasedicilər xüsusi alət və avadanlıqların köməyi ilə qızın əlini ətçəkəndən çıxara biliblər. Ballı Məmmədli daha sonra Elmi-Tədqiqat Travmatologiya İnstitutuna aparılıb. Həkimlər balaca qıza sağ əlin əzilmiş, didilmiş yarası, 2-ci daraq sümüyünün açıq sınığı və barmaq vəzlərinin əzilməsi diaqnozunu qoyublar. O, müalicə üçün reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə hazırda yaralının vəziyyəti kafidir. Qeyd edək ki, hadisə baş verən zaman 3 yaşlı Ballı Məmmədlinin valideynləri evdə olmayıb.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024