Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (3-12-2014, 16:15)
“Coca-Cola“nın direktorunu Azərbaycan vətəndaşı öldürüb?

Qətldə ittiham edilənlər artıq tutulub

 

Sankt-Peterburqda yoxa çıxan "Coca-Cola ABC Avrasiya" zavodunun direktoru 37 yaşlı Dmitri Soşnevin meyiti tapılıb. 
Artıq qətldə ittiham edilən şəxslər saxlanılıb. Polisin məlumatına görə, onlardan biri 28 yaşlı Azərbaycan vətəndaşı Denis Çxitauri və 46 yaşlı Vyaçeslav Finoqeyevdir. 
Məlumata görə, onlar iş adamına Frunzensk rayonunda görüş təyin ediblər. Orada direktora atəş açılıb. 
Daha sonra onlar mərhumun üzərindəki 150 min rubl (təqribən 2190 manat) pulu və maşının sənədlərini götürərək hadisə yerindən qaçıblar. 
Şübhəli şəxslər hadisəni törətdikləri yeri göstəriblər. Artıq meyit tapılıb. 
ANS PRESS-in məlumatına görə, axırıncı dəfə direktoru zavodun ərazisində noyabrın 28-də görüblər. Yoxa çıxdığı gün Soşnevin üstündə böyük məbləğdə pul olub. Dekabrın 1-də qohumları onun itkin düşməsi haqda polisə müraciət edib.
"Vesti"nin məlumatına görə, Soşnev uzun müddət narkotik maddə istifadəçisi olub. Onun narkotik üstündə yaranan mübahisəyə qurban gedə biləcəyi istisna edilmir. Öldürülən direktorun iki uşağı olub
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024