Gündəm / Karusel (28-02-2014, 10:44)
“Onlar tələbatı 20 faiz səviyyəsində ödəyir”
"Biz belə hallarla tez-tez üzləşirik"
“Azərbaycan şirkətləri böyük infrastruktur layihələrinin icrasına cəlb olunur. Son on il ərzində dövlət tərəfindən sahibkarlara bir milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilib. Növbəti beş ildə güzəştli şərtlərlə bir milyard yarım manatadək kredit verilməsi gözlənilir. Belə olan halda, əlbəttə, biznes strukturlarının sosial məsuliyyəti artmalıdır”.
“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Fondun məktəbəbəqədər təhsil müəssisələrinin inkişafı proqramının təqdimatında çıxışı zamanı deyib. O, bildirib ki, Heydər Əliyev bu gün ölkəmizdə sahibkarlıq çox sürətlə inkişaf edir. Mehriban Əliyeva hesab edir ki, ölkəmizdə hər bir iş adamı mövcud sosial problemlərin həllində iştirak etməyə çalışmalıdır: "Məktəb tikintisində bu müsbət meyillər özünü çox açıq göstərdi və biznes strukturları ilə, özəl sektorla Heydər Əliyev Fondunun birgə səyləri nəticəsində qısa bir zamanda Azərbaycanda 412 yeni məktəb binası inşa olundu. Hər bir yeni məktəbdə idman meydançası yaradıldı, kompyuter sinifləri açıldı, üzgüçülük hovuzu da tikildi. Hər bir belə məktəb ən müasir avadanlıqla, müxtəlif dərsliklərlə və ədəbiyyatla təmin edildi”.
Mehriban Əliyeva bildirib ki, bu gün ölkəmizdə fəaliyyət göstərən uşaq bağçalarının əksəriyyəti sovet dövründə tikilib. O zamandan bu günə qədər Azərbaycanda əhalinin sayı 25-30 faiz artıb və mövcud bağçalar tələbatı ödəmir: "Onlar tələbatı təxminən 18-20 faiz səviyyəsində ödəyir. Onu da nəzərə almalıyıq ki, son 10 il ərzində ölkəmizdə 1 milyon 200 min yeni iş yeri açılmışdır və bu gün bir çox ailələrdə valideynlərin ikisi də işləyir. Bu fakt özlüyündə yeni uşaq bağçalarının sayının artmasını tələb edir. Bu sahədə olan problemlərin həllinin cəmiyyətimiz üçün vacibliyini nəzərə alaraq mənim tapşırığımla Heydər Əliyev Fondunun mütəxəssisləri tərəfindən məktəbəqədər təhsil ocaqlarının mövcud vəziyyəti ilə bağlı araşdırmalar aparılmış və bir neçə ay davam edən bu işin nəticəsi üzrə geniş məlumat bazası yaradılmışdır. Qeyd etməliyəm ki, ilkin mərhələdə bu monitorinq yalnız Bakı şəhərində aparılmışdır. Gələcəkdə həmin iş respublika üzrə də aparılacaqdır. Zənnimcə, gələcək fəaliyyətimiz bir neçə istiqamət üzrə qurulmalıdır. Ölkəmizdə təmirə ehtiyacı olan bütün bağçalarda təmir işləri aparılmalıdır".
Birinci xanım hesab edir ki, artan tələbatı ödəmək üçün yeni bağçalar tikilməlidir: "Yeni bağçalar mövcud bağçaların ərazilərində tikilməlidir. Məndə olan məlumata görə, bağçaların bir çoxu böyük ərazidə yerləşir və geniş tikinti üçün imkanlar vardır. Eyni zamanda, yeni torpaq sahələri ayrılmalıdır ki, təzə bağçalar tikilsin. Təmirlə bağlı, dediyim kimi, bu bağçaların əksəriyyəti keçən əsrin təxminən 30-40-50-ci illərində inşa olunmuşdur. Bəzi hallarda təmirin əvəzinə yeni bağçanın tikintisi daha səmərəlidir. Heydər Əliyev Fondu artıq bir neçə ildir bağça problemi ilə məşğul olur. Bu illər ərzində Heydər Əliyev Fondu tərəfindən ölkəmizdə 20 yeni uşaq bağçası inşa edilib. Biz belə hallarla tez-tez üzləşirik. Bəzi hallarda yeni bağçanın tikintisi təmirdən daha sərfəlidir".
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024
21 11 2024