Gündəm (26-02-2014, 20:13)
İlham Əliyev Putini təbrik etdi
Azərbaycan prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putini Rusiya idmançılarının Soçi olimpiadasında qələbə qazanması münasibətilə təbrik edib
Virtualaz.org saytı “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, İ.Əliyevin təbrik məktubunda deyilir:
“Sizi və bütün Rusiya xalqını Rusiya milli olimpiya komandasının 2014-cü il XXII Soçi Qış Olimpiya Oyunlarında parlaq qələbə qazanması münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Rusiyalı idmançılar istedadları, gərgin zəhmətləri və ölçüyəgəlməz dərəcədə böyük səyləri sayəsində, mətanət, dözüm və iradə göstərərək qarşıya qoyulmuş məqsədə çatdılar və yüksək nailiyyət qazanaraq ümumkomanda hesabında parlaq qələbə qazandılar”.
İ.Əliyev bildirib ki, Soçi olimpiadası gözəl təşkilatçılıq, hazırlıq və həyata keçirilmə nümunəsi baxımından da olimpiya hərəkatının tarixinə ən yaxşılardan biri kimi düşməyə haqqı çatan idman yarışına çevrildi.
Azərbaycan prezidentinin fikrincə, Soçi olimpiadası Rusiyanın təkcə idman sahəsində yox, həm də siyasi və iqtisadi sferalarda yüksək hazırlıq səviyyəsinə malik olduğunu bir daha göstərən böyük tədbir idi.