Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (2-11-2014, 14:24)
Hava kəskin soyuyacaq

Külək Abşeronun bəzi yerlərində 33-35 m/s-dək güclənəcək

 

Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı gözlənilir. 
Mediatv.AZ-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən verdiyi məlumata görə, gecə bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Gündüz dəyişkən buludlu olacaq, arabir tutulacaq. Şimal-qərb küləyinin 18-23 m/s, gecə və səhər arabir 25-30 m/s olacağı, yarımadanın bəzi yerlərində 33-35 m/s-dək güclənəcəyi, axşama doğru 9-14 m/s-dək mülayimləşəcəyi gözlənilir. Havanın temperaturu gecə və gündüz 3-6° isti, Bakıda gecə və gündüz 4-6° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək - 763 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Yağıntı gündüz tədricən kəsiləcək. Qərb küləyi 5-10 m/s olacaq, gecə və səhər arabir 18-23 m/s-dək güclənəcək. Havanın temperaturunun gecə 0-5° isti, bəzi yerlərdə 3° şaxta, gündüz 6-11° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi 5-10 m/s olacacaq, arabir 20-25 m/s, gecə ayrı-ayrı yerlərdə 30-35 m/s-dək güclənəcək. Havanın temperaturunun gecə 3-8° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında Yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar yağacağı gözlənilir. Gecə bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz yağıntı tədricən kəsiləcək. Qərb küləyi 5-10 m/s olacaq, arabir 20-25 m/s, gecə ayrı-ayrı yerlərdə 30-35 m/s-dək güclənəcək. Havanın temperaturunun gecə 1-6° isti, gündüz 6-11° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi 5-10 m/s olacaq, arabir 15-20 m/s, gecə ayrı-ayrı yerlərdə 28-33 m/s-dək güclənəcək. Havanın temperaturunun gecə 0-5° isti, gündüz 5-10° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında yağıntılı olacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Gündüz qərb rayonlarından başlayaraq yağıntı tədricən kəsiləcək. Qərb küləyi 5-10 m/s olacaq, arabir 20-25 m/s, gecə ayrı-ayrı yerlərdə 30-35 m/s-dək güclənəcək. Havanın temperaturunun gecə 3-6° isti, gündüz 6-11° isti olacağı gözlənilir. 
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağıntılı olacağı dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şimal-şərq küləyi 5-10 m/s olacaq, arabir 20-25 m/s, gecə ayrı-ayrı yerlərdə 28-33 m/s-dək güclənəcək. Havanın temperaturunun gecə 3-6° isti, gündüz 6-11° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-6° isti olacağı gözlənilir.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024