Gündəm (25-02-2014, 16:05)
Tofiq Abdin vəfat etdi
Şair, tərcüməçi, publisist Tofiq Abdin vəfat edib. Bu barədə Kulis.Az-a mərhumun yaxın dostu yazıçı Saday Budaqlı məlumat verib. Tofiq Abdin dünən gecə ürək tutmadan dünyasını dəyişib. Mərhumla vida mərasimi bu gün saat 14.00-da keçiriləcək.
Tofiq Məhərrəmoğlu (Abdin) – 1941-ci ildə Salyanın Qırmızıkənd kəndində[2][3] anadan olub.
1968-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini bitirib. Həmin ildən "Qobustan" toplusunda şöbə müdiri işləyib. 1993-2001-ci illərdə Türkiyədə yaşayıb, Türkiyənin "Orta doğu" və "Yeni Asiya" qəzetləri ilə əməkdaşlıq edib[4]. 12 publisistik və şeir kitabının müəllifidir. Tofiq Abdin uzun müddətdir ki, "Ədalət" qəzetində də türk ədəbiyyatının təbliğiylə məşğuldur. Türkiyənin TRT telekanalının Bakı təmsilçiliyi şair-publisist Tofiq Abdin haqqında yarım saatlıq sənədli film çəkib. Filmin ssenari müəllifi Raşid Dəmirtaş, operatoru Veysəl Baban, montajçı Ələddin Çətinqoldur.[5].
Hüseyn Cavid adına Naxçıvan poeziya teatrında Rəsul Rzanın "Bir gün də insan ömrüdür" poeması əsasında tamaşası göstərilib. Uzun illərdir, dövrü mətbuatda müntəzəm çıxış edir.
2002-ci ildə xalq şairi Rəsul Rza adına Beynəlxalq Ədəbiyyat mükafatını alıb.2010-cu ildə "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb.