Siyasət (24-02-2014, 13:51)
Tofiq Yaqubluya 7, İlqar Məmmədova 8 il iş istənildi
İsmayıllı hadisələrinə görə təqsirləndirilən Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu, REAL-ın sədri İlqar Məmmədov barəsində Şəki Ağır Cinayətlər Məhkəməsində prokurorlar ittihamı oxuyublar.
“Mediatv.az” xəbər verir ki , prokuror İlqar Məmmədova 8, Tofiq Yaqubluya isə 7 il iş istəyib.
Xatırladaq ki, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu və REAL Hərəkatının sədri, İlqar Məmmədova Cinayət Məcəlləsinin 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi ilə ittiham irəli sürülüb. Onlar yanvarın 23 və 24-də İsmayıllıda baş vermiş aksiyalar zamanı ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilirlər.