Gündəm (21-09-2014, 15:22)
Norveçdə Qarabağ günü təşkil edilib
“Məqsəd norveçli gənclərə Azərbaycan həqiqətlərini çatdırmaq, Qarabağın əzəli Azərbaycan torpağı olduğunu dəlillərləgöstərmək idi”
Mediatv.az-ın məlumatına görə,sentyabrın 20-də İsveç və Norveçdə təhsil alan azərbaycanlı tələbələr Osloda Qarabağ günü təşkil ediblər. Tədbirin təşkilatçısı Eldar Mustafeyev bildirib ki, Norveç paytaxtına 300-ə qədər tələbə toplaşıb. Onlar “Qaraba günü”ndə görmək istədikləri insanlara sosial şəbəkələr üzərindən dəvət göndəriblər:
”Tədbirə Norveçli dostlarımızı da dəvət etmişdik. Onların arasında gənc norceçli ictimai fəallar da vardı. Həm də İsveçdə sosial qruplarda münasibət qurduğumuz, virtual olaraq tanıdığımız azərbaycanlı tələbələr bizimlə birgə oldular. Oslo Gənclər Mərkəzində təşkil etdiyimiz tədbirdə Qarabağın, Xocalı faciəsinin foto-stendləri, o cümlədən Xalq Cümhuriyyətinin və Çar Rusiyası dövrünə aid xəritələr də yer almışdı. Məqsəd norveçli gənclərə Azərbaycan həqiqətlərini çatdırmaq, Qarabağın əzəli Azərbaycan torpağı olduğunu dəlillərləgöstərmək idi”.
Eldar Mustafayev həmçinin deyib ki, “Qarabağ günü”nə erməni əsilli tələbələri də dəvət ediblər:” Ancaq onlar söz versələr də gəlmədilər”.