Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (21-02-2014, 12:43)
“Facebook” “WhatsApp”ı niyə aldı?

 

 

Xəbər verdiyimiz kimi, dünyanın ən böyük sosial şəbəkəsi “Facebook” “WhatsApp” mobil messencerini 16 milyard dollara satın alıb 

 

“Facebook” və “WhatsApp” arasındakı razılaşmaya əsasən, 4 milyard dollar nağd pulla, 12 milyard isə “Facebook”un səhmləri hesabına ödəniləcək. İct.azsaytında bildirilir ki, “WhatsApp”ın satın alınması şirkət tarixində ən böyük sazişdir. Razılaşmanın şərtlərinə görə, “WhatsApp” Mauntin-Vyuda (Kaliforniya) öz ştatını saxlayacaq və müstəqil mövcudluğuna davam edəcək. 

Bütün məşhur platformalar üçün mobil messencer yaratmış və 55 işçidən ibarət şirkətin auditoriyası hazırda təxminən 450 milyon istifadəçi təşkil edir. Onun göstəricisi faktiki olaraq “Twitter” sosial şəbəkəsinin istifadəçilərinin auditoriyasından çoxdur. 

“WhatsApp” 2009-cu ildə ukraynalı Yan Koum və amerikalı Brayen Ekton tərəfindən hazırlanıb. Hazırda messencer gündə təxminən 50 milyard mesaj emal edir. Şirkətin ştatında yalnız 32 mühəndis işləyir, ştatda marketoloq və ya PR əməkdaşları yoxdur. Özəl şirkət olduğundan onun maliyə göstəriciləri dərc edilmir. Şirkətin yeganə gəliri mənbəyi illik 99 sent ödənişdir. 

Məlumdur ki, son iki ildə mobil messencerlər müəyyən mənada sosial şəbəkələrin rəqibinə çevriliblər. Çünki insanlar artıq dost-tanışları ilə sosial şəbəkələr deyil, messencerlər vasitəsilə ünsiyyət saxlamağa üstünlük verir. 

“WhatsApp”ın əsas ideyası ondan ibarətdir ki, ani mesajlar ödənişsiz olmalıdır. Sözsüz ki, bu, mobil operatorlara güclü zərbədir. Bundan başqa, messencer hazırda bütün mobil platformalarda işləyir. 

hitech.vesti.ru saytında dünyanın ən böyük sosial şəbəkəsini “WhatsApp”ı satın almağa vadar edən 5 əsas səbəb göstərilib. Bunlardan birincisi, hazırda Facebook-un yeni istifadəçilərə və bazara kəskin ehtiyacının olması ilə əlaqədardır. WhatsApp-ın yeni auditoriyanı sürətlə cəlb etməsi, sosial şəbəkə və messencerlər arasında rekordçu olması isə növbəti səbəbdir. Bildirilir ki, əgər Facebook WhatsApp-ı almasaydı, bu addımı sosial şəbəkənin rəqiblərindən biri atacaqdı. WhatsApp, həmçinin ən universal mobil messencerdir. Və nəhayət, “ikinci milyard”ı qazanmaq üçün ən yaxşı vasitədir. 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024