Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (28-11-2019, 17:44)
Parlament necə buraxıla bilər? – Konstitusiyanın şərhi

 Parlament çoxluğunu təşkil edən hakim Yeni Azərbaycan Partiyasının Milli Məclisin buraxılması, növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı Prezidentə müraciət etməsi geniş müzakir olunur. 
Tanınmış hüquqşünas, media üzrə ekspert Ələsgər Əhmədoğlu Konstitusiyanın normaları çərçivəsində hansı halda Prezidentin Milli Məclisi buraxa biləcəyini izah edib.Mediatv.az ekspertin şərhini oxuculara təqdim edir:
-2016-cı il Konstitusiyaya Referendumla edilən son əlavə və dəyişikliklə 98 -1 maddə əlavə edildi. Bu maddənin açılımı budur ki, Parlament hər hansı səbəbdən 954 və 95-cı maddədə, habelə, 97-ci maddənin müəyyən bəndlərindəki funksiyasını icra edə bilməməlidir. İndiki halda, YAP siyasi bir qərarla üzvü olan deputatların kütləvi istefasını ala bilər.
Beləliklə, Parlamentin toplanıb məsələləri həll etmək üçün zəruri olan 83 və ya 63 səs çoxluğu ilə fəaliyyəti imkansız hala gələr. Bu halda, Prezident Parlamentin buraxılması və yeni seçkilərin keçirilməsini reallaşdıra biləcək.
98-1-ci maddənin ilk hissəsi çox aydın olduğuna görə onun bu halda işləməsi mümkün deyil.
Maddə 98-1. Azərbaycan Respublikası Milli Məclisinin buraxılması I. Azərbaycan Respublikası Milli Məclisinin eyni çağırışı bir il ərzində iki dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda üzvlüyə namizədləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən iki dəfə təqdim edildikdən sonra, qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə, habelə bu Konstitusiyanın 94-cü və 95-ci maddələrində, 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddəsində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Milli Məclisini buraxır. II. Növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti beş ildən az ola bilər.
Bu halda Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçkilər növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar günü keçirilir.шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024
21 11 2024