Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (15-08-2014, 17:20)
“Premyera“ şirkəti nazirlərin adı ilə bilet satırlar!

 

 

Bu gün özünü "Premyera" şirkətinin nümayəndəsi kimi təqdim edən Alina adlı xanım şirkətlərə, redaksiyalar zəng vuraraq qəribə bir təklif edib.

 

"APA Holdinq"ə də telefon açan xanım bu il oktyabrın 31-də Heydər Əliyev Sarayında konsert keçiriləcəyini, konsertdə Rusiyanın və Azərbaycanın hökumət adamlarının, nazirlərin, komitə sədrlərinin iştirak edəcəyini deyib və bu konsertdə iştirak üçün biletlər təklif edib.
Xanım bildirib ki, konsertdə nazirlərin yaxınlığında əyləşmək üçün biletlərin qiyməti 160-180 manat, kənar yerlərin qiyməti isə 80 manat olacaq.
Bu zəngdən az sonra "Ədalət" qəzetinin baş redaktoru İradə Tuncay da öz 
facebook
səhifəsində ona belə bir təkliflə zəng edilməsi barədə status yazıb.
Lent.az məsələni araşdırmaq qərarına gəlib. "Premyera" adlı şirkətlə bağlı internetdəki axtarış bir nəticə verməyib. Bundan sonra sayt özünü Alina kimi təqdim edən qadının mobil nömrəsinə zəng edib.
Xanımdan şirkətlərinin ünvanı, keçirəcəkləri konsertin mahiyyəti ilə bağlı suallara cavab istənildiyini bildirəndə o, dərhal telefonunu söndürüb.
Bir müddət sonra başqa bir əməkdaş müştəri kimi həmin xanıma zəng edərək, başqa bir şirkətin adından oktyabrın 31-də keçirəcəkləri konsertə bilet istəyib. Xanım bildirib ki, konsertdə "bir neçə məmurun və qəzet-jurnal rəhbərlərinin iştirakı" nəzərdə tutulur. Bu şəxslərə yaxın yerdə biletin qiyməti 180 manatdır. "Bileti hardan əldə edə bilərik" sualına isə xanımın cavabı belə olub: "Bilet bizdədir. Gətirib istədiyiniz yerdə təhvil verib, pulu nağd alırıq".
Heydər Əliyev Sarayının ümumi şöbəsindən və kassasından isə sayta bildirilib ki, onlarda 31 oktyabrda hər hansı tədbirlə bağlı qeydiyyat yoxdur: "Buna görə də kassada belə bir tədbirə bilet satılmır".
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024