Gündəm / İdman (6-10-2018, 22:30)
Nurməhəmmədovun atası: Makqreqor belə rəqib görməyib
Oktyabrın 7-də Las-Veqasda böyük intizarla gözlənilən UFC döyüşü baş tutacaq: yüngül çəkidə çempionluq uğrunda irlandiyalı Konor Makqreqorla rusiyalı Həbib Nurməhəmmədov üz-üzə gələcəklər.
Mediatv.az xəbər verir ki, Həbibin atası Əbdülmanap Nurməhəmmədovdöyüşdən gözləntiləri barədə söz açıb.
“Makqreqor hələ Həbib kimi rəqiblə qarşılaşmayıb. Birinci raundun sonunda – ikinci raundun əvvəlində Həbib artıq iki dəfə onu yerə yıxmalıdır. Belə nəzarəti, belə fizikanı o hələ hiss etməyib, amma hiss edəcək”, - rusiyalı boksçunun atası deyib.
O qeyd edib ki, Makqreqorun davranışı Həbibə də yardım edib: irlandiyalı döyüşə marağı artırıb.
Xatırladaq ki, daha öncə ABŞ-da boksçuların çəkiölçmə mərasimi keçirilib. Şou hərəkətləri və daha çox rəqibi qıcıqlandırması ilə tanınan Makqreqor yenə ənənəsindən əl çəkməyib.
Belə ki, o, Nurməhəmmədovun əlindən vurub və ona təpik atmağa çalışıb. Lakin yenə Nurməhəmmədovu qıcıqlandırmaq mümkün olmayıb