Gündəm (4-07-2014, 10:47)
Rauf Mirqədirov bəyanat verib
Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanan jurnalist Rauf Mirqədirov bəyanatla çıxış edib.
Mediatv.az xəbər verir ki, vəkil Elmar Süleymanovun “Media forum” saytına verdiyi məlumata görə, bəyanatda deyilir:
“İstintaq orqanının mənə atamın qırx mərasimində iştirak icazəsi verməməsini anlayışla qəbul etsəm də, bununla bağlı vəkillərimin istintaqa edilmiş müraciətlərinə heç bir rəsmi cavabın olmamasını növbəti qanun pozuntusu kimi qiymətləndirirəm. Eyni zamanda mənə dəstək olan hər bir şəxsə minnətdarlığımı bildirirəm”.
Dövlətə xəyanət ittihamı ilə aprelin 19-da tutulmuş Rauf Mirqədirovun atası Həbibulla Mirqədirov mayın 24-də vəfat edib. İstintaq altında olan jurnalist həmin gün Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasından müvəqqəti azadlığa buraxılıb və atasının üç mərasimi bitənədək evdə qalıb.
İyulun 3-ü Bakıda Rauf Mirqədirovun atasının qırx mərasimi keçirilib. Ancaq jurnalist həbsdən buraxılmayıb. Həmin gün vəkil Elmar Süleymanov məlumat yayaraq qeyd edib ki, iyunun 25-də Baş Prokurorluğa və müstəntiq İbrahim Ləmbəranskiyə yazılı müraciətlər göndərilib: “Raufun yasda iştirakına icazə verilməsini istəyirdik. Amma bu gün bildiriblər ki, məktublar çatmayıb. İyulun 3-də poçtdan əldə etdiyimiz məlumat istintaqın dediklərinin əksini sübut edir. Məktublar həm müstəntiqə, həm baş prokurora, həm də onun birinci müavininə çatdırılıb”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024