Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (2-06-2018, 14:30)
Yoxlamalar başlayır...

Yoxlamalar başlayır...

 

Qida Təhlükəsizliyi Agentliyi ölkədə yoxlama və nəzarət tədbirlərinin icrasına iyulun 1-dən başlayacaq.

Mediatv.az trend-ə istinadən xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Prezidentin fərmanı ilə təsdiq edilmiş əsasnamənin 1.1-ci bəndinə əsasən qurum qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətini, habelə qeyd olunan sahələrdə dövlət siyasətini və tənzimləməsini həyata keçirir.

Həmçinin fərmana əsasən Agentlik qeyd olunan fəaliyyətlərin icrasına bu il iyulun 1-dən başlayacaq.

Agentlik əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi məqsədilə mayın 22-dən etibarən sahibkarlıq subyektlərində, iri istehsalat müəsissələri, ticarət obyektləri, ictimai-iaşə və digər qida məhsullarının istehlakçıya çatdırılması prosesində iştirak edən subyektlərdə monitorinqlərə başlayıb. Monitorinqlər zamanı bu sahədə fəaliyyət, istehsal şəraiti və qida zəncirinin mərhələləri ilə yerində tanışlıq, sahibkarlara normativ texniki sənədlərin tələblərini izah etmək, habelə gələcəkdə həyata keçiriləcək qida təhlükəsizliyi qeydiyyatı, dövlət reyestrinin aparılması, sertifikatların verilməsi və digər bu kimi istiqamətlərdə məlumatlar çatdırılır.

Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnaməyə əsasən, agentlik qida təhlükəsizliyi sahəsində dövlət tənzimləməsini, dövlət nəzarətini və əlaqələndirməni, qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləməni (sanitariya norma və qaydalarının, habelə gigiyena normativlərinin hazırlanmasını və təsdiqini) həyata keçirməli, ölkədə istehsal edilən və ölkəyə idxal olunan qida məhsullarını, habelə onları qablaşdırma materiallarını qida təhlükəsizliyi baxımından dövlət qeydiyyatına almalı və reyestrini aparmalı, qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə riayət edilməsinə dövlət nəzarətini həyata keçirməli, xarici ölkələrə ixrac edilən qida məhsullarına qida təhlükəsizliyi sertifikatı verməlidir.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024