Gündəm (13-03-2018, 19:30)
Azərbaycan “cəhənnəm silahı”nın idxalını davam etdirir
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) dünya ölkələrinin silah idxalı haqqında növbəti hesabatını açıqlayıb.
Mediatv.az-ın xəbərinə görə, məruzədə qeyd edilir ki, 2016-2017-ci illərdə Ermənistan və Azərbaycan 700 milyon dollar məbləğində silah alıb.
Təşikilatın məlumatına əsasən, Azərbaycan silah idxalının həcminə görə 27-ci yeri tutub: iki il ərzində 551 milyon dollar məbləğındə silah idxal olunub.
2017-ci ildə Azərbaycan İsraildən 4 ədəd “OPV-62” hərbi gəmisi, 40 ədəd “PUA Orbiter” (o cümlədən ölkədə istehsal edilmiş), 215 ədəd “Spike-NLOS” tank əleyhinə raket alıb.
Rusiyadan Azərbaycana 36 ədəd ağır odsaçan artilleriya sistemi (ТОS-1), 40 ədəd zirehli nəqliyyat vasitəsi BTR-82А, eləcə də “Xrizantema” özü hərəkət edən tank əleyhinə raket kompleksi üçün 800 ədəd raket idxal olunub.
Hesabatda həmçininin qeyd olunub ki, Azərbaycan Slovakiyadan 18 ədəd 152 mm. “Dana” özü hərəkət edən top-haubitsa alıb. Daha 10 ədəd 122 mm. RM-70 reaktiv yaylım atəşli reaktiv sistemi isə Çexiyadan alınıb.
Hesabata görə, son iki il ərzində Ermənistan 124 milyon dollar məbləğində silah idxal edib. Bu, dünyada silah idxalı həcminə görə 54-cü yerdir.
2017-ci ildə Ermənistanın silah idxalı bütövlükdə Rusiyanın hesabına həyata keçirilib.
Son iki il ərzində ölkə 6 ədəd “Smerç” yaylım atəşli reaktiv sistemi, 200 ədəd “Verba” DZRK və “Kornet” 9M133 tank əleyhinə raket kompleksi idxal edib.