Gündəm (7-06-2014, 21:23)
Gəncədə 5 zavod tikiləcək
Gəncə şəhərində bir-biri ilə əlaqəli işləyən 5 zavod tikiləcək.
Mediatv.az Kəpəz Tv-yə istinadən bildirir ki, bu barədə açıqlamanı Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev verib. Onun sözlərinə görə, hazırda Yaponiyadan olan mütəxəssislər bu sahədə araşdırma aparırlar. Yeni yaradılacaq zavodlarda məhsul əvvəldən axıra kimi heç bir yerə getmədən Gəncədə olan müəssisələrdə hazırlanacaq.
Zavodların hansı istiqamətdə fəaliyyət göstərəcəkləri araşdırmalardan sonra müəyyənləşəcək. Zavodlarda isə 13 minə yaxın insanın işlə təmin edilməsi nəzərdə tutulub.
Elmar Vəliyev: “Möhtərəm cənab prezidentin tapşırığına əsasən, İqtisadi İnkişaf Nazirliyi bu işlə məşğuldur. Yeni Poladəritmə Sənaye Kompleksi Səhmdar Cəmiyyəti yaradılıb. Yapon mütəxəssisləri dəvət ediliblər. Zavodların tikilişinin başa çatdırılması, istifadəyə verilməsində mütəxəssislər iştirak edəcəklər”.