Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (6-02-2014, 13:50)
“Kişini işdən də çıxardarlar...” – Ziya Məmmədov

 

Dünən “Qafqazinfo” Ziya Məmmədovun öz böyük qardaşı Nəriman Məmmədovu Nəqliyyat Nazirliyinin tərkibində fəaliyyət göstərən “MMC 85”adlı qurumun rəhbəri vəzifəsindən azad etməsi haqda xəbər yaymışdı. 

Həmin xəbəri nazirin digər deputat qardaşı Elton Məmmədov təsdiq etsə də, informasiyanın ictimailəşdirilməsinə etirazını bildirmişdi. Bu gün isə Z. Məmmədovun özünün qəzet əməkdaşlarından biri ilə telefon danışığında mövzuya sərt reaksiyası üzə çıxıb. Həmin telefon danışığını təqdim etdikdən sonra vacib bir informasianı da qeyd edəcəyik: 
Virtualaz.org-un əldə etdiyi məlumata görə, nəqliyyat naziri Ziya Məmmədov qardaşını işdən çıxarması xəbərinin kütləviləşməsinə əsəbiləşib.
Belə ki, o, "Unikal" qəzeti əməkdaşının nazirin bu addımının səbəbini öyrənmək istəyən əməkdaşına sərt cavab verib.
Həmin danışığın mətnini təqdim edirik:
- Alo, salam, Ziya müəllim...
- Salam. Kimdir danışan?
- Ziya müəllim, Sizi "Unikal" qəzetindən narahat edirik, bir mövzuyla bağlı...
- Eşidirəm
- Bu gün qardaşınız Nəriman Məmmədovun işdən azad olunması xəbəri yayılıb, bununla bağlı fikirlərinizi öyrənmək istərdik...
- Əvvəla, qardaşımı işdən azad eləməmişəm, onun vəzifəsini dəyişmişəm, bunların sizə dəxli var?
- Deyilənə görə, o, DDY-da (Dövlət Dəmir Yolunda-red.) işlədiyi dövrdədə işində verdiyi nöqsanlara görə vəzifəsindən uzaqlaşdırılmışdı, bu gün də...
- Kişini işdən də çıxardarlar, yeni işə də qoyarlar, kişinin işdə nöqsanları da olar... Bunun sizə nə dəxli... Mənim bu nömrəmə niyə zəng eləmisiniz?
- Ziya müəllim, Sizlə başqa heç cür əlaqə saxlamaq olmur axı.
- Daha bu nömrəyə zəng eləməyin!
Məlumatlara görə, Z. Məmmədovun fəaliyyəti ciddi təftiş altındadır. Onun rəhbərlik etdiyi sahədən narazılıqların olduğu aşkara çıxıb. Məsələnin ən yüksək səviyyədə nəzarətə götürüldüyü və Ziya Məmmədovla hazırda haqq-hesab çürüdlüdüyü bildirilir. Elə buna görə də, Ziya Məmmədov öz aləmində ayıq tərpənərək bəzi tədbilər görmək qəraraına gəlib. Və nazir ilk növbədə öz qardaşını işdən çıxardıb. Bununla yanaşı Ziya Məmmədov Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Çingiz Baxışevi və digrə bir neçə vəzifəli şəxsi də tutduğu vəzifədən azad edib.  
Z. Məmmədovun bu günlərdə tabeliyində olan daha bir neçə yüksək vəzifəli şəxsi də proflaktik tədbir kimi işdən çıxaracağı gözlənilir. 
Nəqliyyat nazirinin konkret hansı səbəbdən ağır duruma düşməsi bağlı “Qafqazinfo”ya  maraqlı faktlar daxil olub. Onları dəqiqləşdirdikdən sonra diqqətinizə çatdıracagıq. 
шаблоны для dle 11.2

Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024