Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm / Slayd (18-11-2015, 11:59)
Ermənilərlə qohumluq, narkobiznes, İŞİD-ə və ASALA-ya dəstək

 

Azərbaycan MTN istiqamətində apardığımız araşdırmaların nəticələri bizi düşündürməyə bilmir. Ermənistan düşmən mövqeyindən əl çəkmir və bu haqda biz gərək deyil ki, onlara qarşı başqa mövqedən çıxış edək. Düşmən düşmən olaraq qalır. Amma məntiqə görə düşmən o vaxt quduz canavara dönüb, aktivləşir ki, içimizdən onları dəstəkləyən var... necə deyərlər qız verib-qız almaq, düşmən tərəfdən qız almaq, oğul evləndirmək getdikcə adiləşir.

Məsələn, erməni radioaparıcısı M.Mehranyan “Salam, mən burdayam” müəllif verilişində iddia edir ki, 2013-cü ildən 2015-ci ilədək 140 erməni qızı azərbaycanlıya ərə gedib. Onun 42 nəfəri Azərbaycan MTN-nin ən yüksək vəzifələrində çalışanların ya gəlinidi, ya da kürəkəni. Erməni aparıcısı bir az da irəli gedərək, mesaj verir ki, Dağlıq Qarabağda 11 nəfər Azərbaycan MTN-də çalışan, ən yüksək vəzifə sahibləri biri-birindən fərqli həyətyanı sahələr alıblar və onların bir qismində baş verən hadisələrədək (yəni MTN nəzərdə tutulur) tikinti işləri görülürdü...

Cənab M.Mehriyan açıqlamasında bir neçə erməni bankının Azərbaycanın çirkli pullarının yuyulmasında iştirak etdiyini də qeyd edir. (Biz həmin banklarla bağlı məlumatlar verəcəyik.) Onu da göstərir ki, bu istiqamətdə rəhbərliyi və nəzarəti Azərbaycan MTN öz üzərinə götürübmüş.

Başqa bir məlumatda isə bildirilir ki, Azərbaycan tərəfi daha Dağlıq Qarabağ ərazilərində narkotik maddələrin əkilməsi, daşınması ilə bağlı Ermənistanı ittiham edə bilməz. Çünki narkotik maddələrin əkilməsində Bakının da payı var. Azərbaycan MTN-nin bir qrup əməkdaşı öz işlərini məhz bu sahədə qurublar. Azərbaycan tərəfi tez-tez (əvvəllər belə idi) tutulan narkotik maddələrlə bağlı sənədlər haqqında az da olsa məlumat verirdi. İndi isə belə şey yoxdur. Hər şey qapalı gedir. İndiyədək Azərbaycan KİV-də MTN tərəfindən yandırılan narkotik maddələr rəsmləşdirilməyib... (?).

Hesablamalarımıza görə son on ildə Azərbaycan MTN-nin verdiyi rəqəmləri təhlil etsək, görərik ki, ölkənin təhlükəsizlik xidməti 9 milyard 347 milyon dollarlıq (Biz beynəlxalq əlaqələri də hesablayırıq) narkotik maddələr tutulub. Büdcəyə demək olar ki, heç bir vəsait köçürülməyib. (Bu istiqamətdə istintaq yəqin ki, öz araşdırmalarını aparacaq).

...RF-nın prezidenti iddia edir ki, İŞİD terror qruplaşmasına 40 ölkə kömək edir, 296 nəfər varlı şəxs maliyyə dəstəyi göstərir.

Qeyd olunan qırx ölkə içərisində Azərbaycan dövlətinin adı yoxdur. Amma, Azərbaycan MTN-nin adı var və onların maddi, mənəvi dəstəyindən söhbət

gedir. Mən bütün fakt və rəqəmləri, deyimləri dərk edə bilmirəm. Bunun təhlillərinə də gücüm çatmır.

Şübhə etmirəm ki, yaxın günlərdə ictimaiyyət bütün bunlar haqqında geniş məlumat alacaq. Araşdırma materiallarına görə dünyanın 20-yə yaxın ölkəsinin kitabxanası Azərbaycan MTN-nin rəhbərliyindən xahiş ediblər ki, (Bu rəsmi qayda da bir neçə dəfə olub. Sonuncu tarix 2015-ci il, 5 avqust) xüsusən Xocalı hadisələrilə, soyqırımlarla, qətliamlarla, terror hadisələrilə bağlı materiallar göndərilsin. Çünki həmin kitabxanalarda (Fransa, İngiltərə, RF, ABŞ, Tatar, Küveyt, Polşa, və. s.) bu istiqamətdə material yoxdur. Məsələn ABŞ Dövlət Departamentinin kitabxanasında 8 səhifəlik rəsmi materialdan başqşa heç bir şey yoxdur... Siz bütün bunlara nə üçün etinasız, biganə yanaşdınız?

“ASALA” haqqında şübhəli danışan, az bilgisi olan, onun törətdiyi cinayətlərdən xəbəri olmayan MTN generalını necə başa düşüm?.. Və sonda belə bir sual verirəm:

Siz kimsiniz, cənablar?.. Özümdə yəqin etmişəm ki, sizlər azərbaycanlı

ola bilmədiniz.

 

Rövşən Novruzoğlu

MTN-nin keçmiş zabiti, ekspert.

 

Xeberinfo.com

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024