Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm / Slayd (12-11-2015, 12:05)
Nazirin 17 ton dollar yüklü gəmisi tutuldu

 “Rusiya Ziya Məmmədovun 17 ton pulunu tutub” – Şok iddia

Xəzərdə nazirimizə qarşı müdhiş əməliyyat; Nəqliyyat nazirinin var-dövlətini daşıyan gəminin Rusiya Federal Təhlükəsizlik Xidmətinin xüsusi əməliyyatı nəticəsində saxlanıldığı deyilir; Moskva nəyin qisasını alır? 

 

 
Mediatv.az xəbər verir ki, Nəqliyyat naziri Ziya Məmmədovun ətrafında yaranmış mübhəmlik hələ də davam edir. Z.Məmmədov ötən ayın 20-dən üzə çıxsa da, oktyabrın 23-də Neftçala rayonunda PA-nın tərtib etdiyi qrafik üzrə yerli sakinlərlə görüşsə də onun barəsində söz-söhbət tam səngiməyib. Nəqliyyat nazirinin Neftçalada jurnalistləri nəzərdə tutaraq zarafatla dediyi “bəs yazırdız ki, qaçıb” replikası da onun ətrafında yaranmış informasiya burulğanını azaltmadı.
MTN-dəki məlum hadisələrdən sonra Z.Məmmədovun görünməsi medianın diqqətindən yayınmadı. Mətbuat analitikləri onun karyerasının sönməməsində “MTN işi”nin ciddi rol oynadığı qənaətindədirlər. Analitiklərin fikirlərini ümumiləşdirərək belə yazmaq olar ki, Eldar Mahmudovun “vurulması” Ziya Məmmədovu, sözün siyasi mənasında, ipdən alıb. İddialara görə, nəqliyyat naziri haqda mənfi yüklü informasiyaları dövlətin ən yuxarıdakı instansiyasına məhz E.Mahmudov ötürürmüş. Lakin bu fikir də mübahisəlidir. Ona görə ki, “ən yuxarıdakılar”ın informasiya təminatı yalnız MTN-in üzərinə düşmür. Dövlətin siyasi sükanı arxasında əyləşmiş şəxslərin məlumat kanalları bir neçə olur. 
E.Mahmudovun həmkarı haqda yalan-doğru ötürdüyü xəbərlər güman ki, bir neçə instansiyadan yoxlanıb. MTN-in nəqliyyat naziri barəsində hazırladığı dosyedə doğru informasiyalar da olmamış deyil. 13 il nazir işləyəsən, amma bütün fəaliyyətin şəffaf ola. Hardasa yanlış yapmayasan - heç inandırıcı görünmür. 
İşin maraqlı tərəfi budur ki, ictimaiyyət Z.Məmmədovun işdən çıxarılacağını, hətta həbs olunacağını gözləyərkən, ayrı bir nazirin vəzifədən çıxarılması haqda prezident sərəncamı verildi. Siyasət də futbol kimidi: bəzən 90-cı dəqiqədə hesab dəyişir, məğlub qalib olur, qalib isə məyus... 
 
Bizim yazının qəhrəmanı nə qədər qalibdi, bunu söyləmək yəqin tez olar. Yerindən tərpədilən daşlar hələ yerinə tam oturmayıb. Ölkə prezidenti şahmat taxtasının arxasından tam çəkilməyib. Proses davam edir... 
 
Həm də Z.Məmmədovu birmənalı qalib elan etmək də mümkünsüzdü. O, son aylar çox zəiflədildi. Nəqliyyat Nazirliyinə aid xeyli qurum müstəqil təşkilata çevrildi, bir neçə sahə Z.Məmmədovun nəzarətindən və tabeçiliyindən çıxarıldı. Artıq cənab Məmmədovu mətbuat “portfelsiz nazir” kimi təqdim edir. 
Belə bir vəziyyətdə Z.Məmmədov barəsində növbəti bir xəbər yayılıb. Nazirin küllü miqdarda valyutasının müsadirə olunduğu haqda “Yeni Müsavat”a mötəbər mənbə tərəfindən məlumat daxil olub. İddia edilir ki, bu yaxınlarda Z.Məmmədova qarşı kritik əməliyyat keçirilib. Xəbərdə bildirilir ki, Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) nazirimizin 17 ton (!) dollar yüklənmiş gəmisini saxlayıb. Deyilənə görə, əməliyyat Xəzərin Rusiyaya aid bölümündə baş tutub. 17 ton dollarlıq yük aparan gəmi Dağıstan istiqamətinə üzürmüş. Bildirilir ki, qaçaqmal daşıdığına görə, gəmi RTX-nin radarlarına düşüb. Hazırda gəminin harda saxlanıldığı haqda dəqiq bilgi verilmir. 
 
 
Z.Məmmədov çapında adam təminat almadan, təhlükəsizlik tədbirləri görmədən bu qədər riskə getməzdi. Adətən bu cür daşımalar öncədən razılaşdırılır. Nəzərə alsaq ki, nəqliyyat nazirimizin Kremllə münasibətləri həmişə yaxşı olub. Bəs ona qarşı bu əməliyyatın arxasında nə dayana bilər? Moskva nəyin qisasını alır? Bunun sırf reketlik, yoxsa siyasi sanksiya olduğunu söyləmək çətindir.    
 
 
Xatırladaq ki, 2013-cü ilin avqustunda oxşar hadisə olmuşdu. FTX qaçaqmal neft daşıyan “Naftalan” adlı Azərbaycana məxsus tankeri saxlamışdı. Həmin tanker Rusiya tərəfindən müsadirə olunub.   
Mövzu ilə bağlı qarşı tərəfin də münasibətini dərc etməyə hazırıq.
“YM”
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024